Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə kiberpatrul və texniki analiz işləri nəticəsində cinayətkar qruplaşmanın təxminən 20 milyard TL (449,6 milyon dollar) pul dövriyyəsinin olduğu müəyyən edilib. “Bunun Türkiyədə indiyə qədər kibercinayətlər və oxşar xarakterli istintaqlarda əməliyyat həcmi baxımından müəyyən edilmiş ən yüksək məbləğ olduğu aydınlaşdırılıb”, – məlumatda qeyd edilib.

“İnformasiya sistemlərindən istifadə edərək vətəndaşlarımıza qarşı dələduzluq edənlərin, vətəndə olduğu kimi virtual izləməsi də aparılır”, – əlavə olunub.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …