Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Əlillik dərəcəsini itirən və yenidən almaq istəyənlərə xəbər var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.

Boyukmillet.com  xəbər verir ki, layihədə əlillik müddəti bitdikdən sonra 6  ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş  müddətin nəzərə alınması təklifi yer alıb.

Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

Check Also

Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edildi

İctimai fəalın evi müsadirə  olunub İki ildən çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev …