Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz edib

Bir neçə əlilliyi olan şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz nümayiş etdirirlər.

Boyukmillet.com xəbər verir ki, onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub.

TƏBİB-dən “Report”a bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib və şikayətləri dinlənilir.

Vətəndaşlara məlumat verilib ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır:

“Tİbb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …