Cümə , 17 May 2024
Drone Cameras

Əliyev indi də “Nə oldu, Ermənistan” deyəcək – Aşotyan

Dövlətin qəsdən dağıdılması davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Feysbuk səhifəsində yazıb.

“Hakimiyyət Ermənistanın şərq sərhədlərinə yaxın ərazilərin təslim edilməsi barədə dəhşətli sövdələşmə ilə bağlı fərqli fikirlər irəli sürür.

Əvvəlcə, xain (Paşinyan nəzərdə tutulur – red.) Sünikdəki erməni mövqelərinin şifahi razılaşma yolu ilə geri verildiyini bildirdi.

Sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi işləyən agent həyasızcasına sərhədin müəyyən sənədlər əsasında həyata keçirildiyini bildirdi.

Dünən isə Xarici İşlər Nazirliyi mövcud tədbirlərin həyata keçirilməsinin status məsələləri ilə əlaqəli olmadığını, bunun sərhədin demarkasiyası və delimitasiyası və ya mövcud inzibati sərhədlərin mexaniki təsdiqlənməsi ilə bağlı yekun razılaşma kimi yozula bilməyəcəyini açıqladı. Bu sui-qəsd xaosu deyilsə, nədir?” – Aşotyan qeyd edib.

O deyib ki, Xarici İşlər Nazirliyi, Baş nazir və Təhlükəsizlik Şurasının katibi ölkə üçün həyati bir mövzuda üç fərqli açıqlama verir. Bu, dövlətçiliyin itirilməsi prosesinin reallığa çevrildiyini bir daha sübut edir:

“Daha bir süründürməçilik nəticəsində Azərbaycanın “nə oldu, Paşinyan” istehzası “nə oldu, Ermənistan”a çevriləcək”. (axar.az)

Check Also

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. …