Şənbə , 20 Aprel 2024
Drone Cameras

Əmirin qızı: “Nənəm ermənidir” – İrəvanda Azərbaycan və Türkiyəyə xəyanət

Küveytin 14-cü əmirinin qızı Şeyx Hess Səd əl-Abdulla əl-Sabah Ermənistana səfər edib.

Boyukmillet.com xəbər verir ki, o, Ermənistana səfəri çərçivəsində bu ölkənin birinci xanımı, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla görüşüb.

Söhbət əsnasında əmirin qızı bundan əvvəl Ermənistana etdiyi səfərlərdən danışıb, Ermənistanın sevimli ölkələrindən biri olduğunu bildirib.

Qondarma erməni soyqırımı haqda danışan Əl-Sabah nənəsinin erməni olduğunu deyib.

Onun səfər çərçivəsində İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edəcəyi bildirilib.

Əlavə edək ki, son dövrlərdə bir sıra ərəb dövlətlərinin rəhbər şəxslərinin, o cümlədən ailə üzvlərinin Ermənistana səfəri istər Azərbaycanda, istərsə də Türkiyədə birmənalı qarşılanmır. Səfərləri çərçivəsində qondarma erməni soyqırımı abidəsini ziyarət edən ərəb rəsmiləri bununla Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri fonunda kimin yanında dayandıqlarını açıq şəkildə nümayiş etdirirlər.  /Teleqraf.com/

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …