Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Avropa HƏRƏKƏTƏ KEÇDİ: yüzlərlə əsgər və hərbi texnika Türkiyə sərhədinə göndərilir

Avropa İttifaqının “Frontex” sərhəd təhlükəsizliyi agentliyi Yunanıstan sərhədinə 1500 əsgər və hərbi texnika göndərəcək.

Bu barədə Yunanıstanın müraciətindən sonra Polşanın paytaxtıVarşavada təşkil edilən toplantıda qərar qəbul edilib.

“Frontex”in direktoru Fabrise Leqqeri əməliyyat qərarını sərhəddə hadisələrin sürətli irəliləyişini nəzərə alaraq verdiklərini bildirib.

O, “Frontex” razılaşmasını imzalayan ölkələrə lazımi qüvvənin təmin edilməsi üçün çağırış edib. Aİ ölkələrindən 5 gün müddətində 1500 əsgər, 10 gün ərzində isə hərbi texnika tələb edib.

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel böhranla bağlı Yunanıstan və Bolqarıstanın yanında olduqlarını açıqlayıb.

Qeyd edək ki, Türkiyə suriyalı qaçqınlar üçün Avropa sərhədindəki keçid məntəqələrini açıb. Bundan sonra minlərlə miqrant dəniz vasitəsilə qeyri-qanuni şəkildə Yunanıstana keçməyə cəhd göstərir. Radikal sağçı yunanlar isə qaçqınları kütləvi şəkildə döyür, dənizdə batırmağa çalışır. Naməlum polis avtomobilləri onları sahildən toplayaraq bilinməyən yerlərə aparır. (publika.az)

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …