Cümə , 17 Aprel 2026
Drone Cameras

Ərdoğan “Ən yaxşısı Kılıçdaroğlu getməlidir” dedi, CHP-dən cavab gecikmədi

Prezident Ərdoğan mCHP sədri Kamal Kılıçdaroğlunun seçkilərdə uduzmasına işarəvuraraq, onu üstüörtülü istefaya səsləyib.

Boyukmillet.com xəbər verir ki, Prezident Ərdoğan ötən  gün jurnalistləırə açıqlamasında “Kılıçdaroğlu mənimlə neçə yarışa girdi? 13-dən 13-ü çıxardı. İndi 14-15 olsa da, nə olacaq ki? Ən yaxşısı, özünün çəkib getməsidir“, – dediyi sözlər qarşı tərəfdə sərt etirazla qarşılanıb.

CHP sözçüsü Faiq Öztrak Ərdoğanın sözlərinə cavab olaraq bildirib ki, ölkə preziudenti Kamal Kılçdaroğlu ilə TV-lərdə debata çıxsın: “Cəsarəti varsa, televiziyaya çıxsın, sədrimzin üzünə desin, cavabını alsın. Ankarada, İstanbulda, Adanada, Antalyada, Mersində məğlubiyyətlərini hara qoyduqlarını açıqlasın. Və bunlaar görə niyə istefa vermədiyinə aydınlıq gətirsin…”.

Tahir

MİA.AZ

Check Also

Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib

Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib …