Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Ərdoğan İsrail Prezidentinin Türkiyəyə səfərinə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqun Türkiyəyə səfərinə münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində danışıb.

“İsrail Prezidenti, cənab Hersoqla müxtəlif məsələlərlə bağlı telefon danışıqları aparmışıq. Mart ayında ölkəmizi ziyarət edəcəyi gözlənilir. Təbii ki, bu səfəri müsbət qarşılayırıq. İnşallah, uzun müddətdən sonra belə bir addımın atılması Türkiyə-İsrail münasibətlərinə müsbət təsir göstərəcək”, – dövlət başçısı vurğulayıb.

Check Also

Zelenski Qərbi tənqid edib: “Yoxsa Rusiya tanklarını gözləyirsiniz?”

Prezident Volodimir Zelenski Rusiya raketlərinin NATO üzvü olan Polşa ilə sərhədə zərbə endirdiyi üçün Qərb …