Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan NATO-nu Ukrayna məsələsində daha qətiyyətli addım atmağa çağırıb

“Təəssüf ki, Avropa İttifaqı Rusiya-Ukrayna gərginliyində qətiyyətli davranmadı”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Qərb təşkilatları yalnız nəsihət verirlər. Bu nəsihətlərlə nəticə əldə etmək mümkün deyil. Çoxlu məsləhət verən Qərb indi də yalnız danışır, əməli fəaliyyət yoxdur”, – o bildirib.

R.T.Ərdoğanın sözlərinə görə, bu gün NATO-ya üzv olan ölkələrin liderlərinin iclası keçiriləcək: “Bu gün NATO liderləri toplanacaq. Bu iclasda onların mövqelərini görəcəyik. NATO daha qətiyyətli addım atmalıdır”.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …