Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ərdoğan Paşinyanın təklifinə belə cavab verdi


Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə bir televiziya kanalına müsahibəsində “Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq” ifadəsini işlətmişdi. 

Paşinyan bildirmişdi ki, “biz indiyə qədər də Türkiyə ilə heç bir şərt qoymadan münasibətlərimizi bərpa etməyə hazır idik, bu gün də buna hazırıq. Ankara ilə İrəvan arasında qarşılıqlı etimad mühiti yaratmaq üçün əlaqələri heç bir şərt olmadan davam etdirməyə hazırıq”.

Boyukmillet.com xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində çıxış edərkən Paşinyanın mesajına cavab kimi qəbul ediləcək mesajlar verib: “Türkiyə regionumuzda sülh və sabitliyin bərpası üçün ikitərəfli və çoxtərəfli diplomatik danışıqlar aparıb. Dağlıq Qarabağdakı işğalın başa çatması ilə birlikdə regionda daimi sülh üçün yeni bir fürsət pəncərəsi açılıb. Bu fürsətləri Ermənistan dəyərləndirəcəyi halda bizim də lazım olan addımı atacağımızı ifadə etmişik”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …