Bazar , 19 Yanvar 2025
Drone Cameras

Ərdoğan: “Putinlə görüşmək üçün lazımi işlər görülür”

“Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün lazımi işlər görülür. Putinlə telefon danışıqlarımız davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, müzakirələr olmalıdır. Tələsik, həyəcanla qərar vermək olmaz. Biz çox həssas davranmalıyıq, çox diqqətli addım atmalıyıq. Çünki bəziləri qəribə danışır. Biz isə dövlət idarə edirik, həssaslığımızı qorumalıyıq. Bütün dostlarımızla müzakirələr edəcəyik, bundan sonra da nələr etmək lazım olduğu barədə qərar verəcəyik. Hər şeydən əvvəl zamanın düzgün müəyyənləşdirilməsi çox mühümdür. Yaxşı nəticələr olacağına ümid edirəm”, – deyə dövlət başçısı vurğulayıb.

Check Also

Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər …