Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğan Türkiyədə kütləvi peyvəndin başlayacağı vaxtı açıqladı

Türkiyədə yeni koronavirusdan peyvənd prosesi bu həftənin sonunda başlanacaq.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasının nəticəsinə görə keçirilən brifinqdə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

“COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlayacaqlar”, – dövlət başçısı deyib.

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, hakimiyyət ölkədə virusa yoluxma sayının azalması ilə əlaqədar COVID-19-un yayılmasına mübarizə üzrə tədbirlər çərçivəsində tətbiq edilmiş məhdudiyyətləri tədricən yumşaldacaq.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …