Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ərdoğan və Putin telefonla danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb.

O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək. Ölkə liderləri həmçinin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların mübadiləsi barədə də fikir mübadiləsi aparıblar.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …