Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ərdoğandan Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mühüm mesajlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyadakı dəyişikliklərin, Türk Şurası kimi əməkdaşlıq təşkilatlatlarının əhəmiyyətinin daha da artığını bildirib.

Boyukmillet.com xəbər verir ki, Kipr Türklərinin də haqq etdiyi mövqeyə gətirəcəklərinə əmin olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Türk Şurası dövlət başçılarının zirvə görüşünə canlı bağlnatı ilə qatılıb.

Ərdoğan 12 il əvvəl qurulan Türk Şurasının birlik və həmrəylik məfkurələrinin konkret halı olduğunu deyərək, “İnşəallah, Türkmən qardaşlarımızın öncə müşahidəçi üzv, daimi bitərəflik statusuna xələl gətirmədən həqiqi üzv olaraq bizə qoşulduqdan sonra şuramız daha da güclənəcəkdir. Türkiyə Şuranın çətiri altında bu istiqamətdə görüləcək işlərə hər cür dəstəyi verəcək”, deyə çıxış edib.

Türk dünyasının ayrılmaz bir hissəsi olan Kiprli Türklərlə həmrəyliyin göstərilməsinin qardaşlığın zəruriliyi olduğunu vurğulayan Ərdoğan, Kiprli Türklərin yaşadıqları haqsızlıqları və embarqoları ləğv etmək üçün lazımi köməyin əsirgənməyəcəyinə tam inandığını söyləyib.

Ərdoğan Kıbrıs Türk xalqının Türk Şurasının mədəniyyət, təhsil, elm və idman kimi fəaliyyətlərə qatılmasının təcridin təsirlərini azaltmağa kömək edəcəyini bildirib:

“Güç birliyi ilə Kipr Türklərinin layiq olduğu mövqeyə gətirəcəyimizə inanıram. Türk dünyasında birləşmiş nəqliyyat və kommunikasiya imkanlarını inkişaf etdirməyimiz böyük əhəmiyyət daşıyır”.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …