Bazar , 15 Mart 2026
Drone Cameras

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb.

Boyukmillet.com-un məlumatına görə, velosipedçilər bu dəfə Qəbələ İcra Hakimiyyətinin qarşısından mübarizəyə başlayıblar.

İdmançılar Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …