Bazar , 4 Oktyabr 2026
Drone Cameras

AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb.

Boyukmillet.com xəbər verir ki, bunu Gununsesi.info-ya uzun illər AZAL-da pilotu kimi çalışan bir qrup şəxs bildirib.

Onların sözlərinə görə, uçuşlardan kənarlaşdırılmalarına səbəb AZAL-ın Türkiyədən və başqa ölkələrdən işə pilot götürməsidir.

“Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib”,- deyən pilotlar əlavə ediblər ki, milli kadrları müxtəlif bəhanələrlə uçuşlardan kənarlaşdırırlar.

Onların iddiasına görə, bu prosesə Samir Rzayevin Türkiyə vətəndaşı olan müşavirlərindən biri rəhbərlik edir.

Məsələ ilə bağlı AZAL-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu ünvanlansa da, cavab verilməyib

Check Also

AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı

Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub. Boyukmillet.com …