Bazar ertəsi , 14 Sentyabr 2026

İNFRASTRUKTUR

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin rəqəmsal şəkildə idarə edilməsinə keçid üzrə strateji proqramın icrasına başlayır. Boyukmillet.com ADB layihəsinin İlkin Ekoloji Qiymətləndirmə (IEE) sənədlərinə istinadən xəbər verir ki, bu proqramla köhnəlmiş rele idarəetmə sistemlərinin qatarların radiorabitə əsaslı qabaqcıl idarəetmə sistemi (CBTC) ilə tam əvəz olunması nəzərdə tutulur. Belə ki, bu texnologiyanın tətbiqi …

Read More »

Ələt və Türkmənbaşı limanları yük axınına nəzarətdə əməkdaşlığı gücləndirir

Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) beynəlxalq dəniz limanlarında dəniz daşımaları sahəsində məlumat mübadiləsi üzrə birgə praktiki təlim keçirilib. Boyukmillet.com Türkmənistanın Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, məqsəd yük axınlarına nəzarətin səmərəliliyinin artırılması və region ölkələrinin liman xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi olub. Təlimdə Türkmənistan, Azərbaycan, Qazaxıstan və Tacikistanın liman nəzarəti qrupları iştirak ediblər. Tədbir çərçivəsində Xəzər dənizində beynəlxalq yük dövriyyəsinin inkişafına, …

Read More »

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi vaxt bilindi

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir: “Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək”. Xatırladaq ki, yeni yerüstü stansiya …

Read More »

AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması Naxçıvan istiqamətində sərnişin axınının yüksəlməsinə …

Read More »

ADB Azərbaycanın nəqliyyat sektorunda emissiyaların azaldılması ilə bağlı şərtləri açıqlayıb

Azərbaycanda nəqliyyat sektorunda emissiyaların azaldılmasına nəqliyyat növlərinin kombinasiyalı dəyişdirilməsi (digər sahələrdən dəmir yoluna keçid), “təmiz yanacaqlar”ın tətbiqi və enerji səmərəliliyi tədbirləri vasitəsilə nail olmaq mümkündür. Boyukmillet.com xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) ölkələrində nəqliyyat sektorunda karbon qiymətləndirilməsinin təsiri və imkanlarının araşdırılması” adlı hesabatında deyilir. ADB-nin analitikləri hesab edirlər ki, bu məsələdə …

Read More »

“Daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri” təsdiq edilib

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”ni təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, müqavilənin predmetini parametrləri bu Müqaviləyə və onun əlavələrinə uyğun olan marşrutlar üzrə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin yerinə yetirilməsi təşkil …

Read More »

Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 24-də planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Bu barədə AZAL-dan məlumat verilib. Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. “AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya …

Read More »

Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırılır. Boyukmillet.com “Azərbaycan Dəmir Yolları”na QSC (ADY) istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nda bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol …

Read More »

Azərbaycanda sentyabrdan su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq

Bu ilin sentyabrın 1-dən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq. Bu barədə Boyukmillet.com Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul …

Read More »

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. “Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, məlumatda bildirilib.

Read More »