Bazar , 28 Aprel 2024

İNFRASTRUKTUR

Bu ilin sonundan etibarən Şuşaya ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub

Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib. “Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını …

Read More »

ATƏT PA-nın nümayəndələri Zəngilanda səfərdədir

Bu gün ATƏT Parlament Assambleyasının (PA) nümayəndələrinin Zəngilan rayonuna səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, onlar, Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olacaqlar. Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat keçirəcək. Bundan sonra isə ATƏT rəsmiləri dəmir yolu infrastrukturuna, “Azərişıq” ASC-nin “Yaşıl Enerji” …

Read More »

DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinə baxış keçirib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Komitədən “Report”un yerli bürosuna verilən məlumata görə, DGK-nın sədri Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində görülən işlər, mövcud vəziyyətlə tanış olub, Azərbaycan-Türkiyə sərhədində yerləşən Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində idxal və ixrac nəzarət xətlərində prosedurların icrasını, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini izləyib. Həmçinin əməliyyatların …

Read More »

Putin: “Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı sazişin imzalanacağına ümid edir”

“Rusiya İran və Azərbaycanla dəmir yollarının və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu İranda Rəşt-Astara dəmir yolu hissəsinin (Şimal-Cənub dəhlizinin bir hissəsi) yaradılmasına dair sazişin imzalanması mərasiminə videobağlantı vasitəsilə qoşulan Rusiya Prezidenti Vladimir Putin deyib. “Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq …

Read More »

Bakı metrosunda Heydər Əliyevin fotoları və kəlamlarından ibarət posterlərin nümayişinə başlanılıb

Bakı metropoliteninin stansiyalarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tematik daha bir sosial layihənin növbəti mərhələsi başlanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilir ki, layihə çərçivəsində stansiyaların keçid, vestibül, eskalator meydançaları, platforma və yollarında Ümummilli Liderin metropolitenlə bağlı kəlamlarının və onun rəhbər kimi iştirak etdiyi stansiyaların açılışları və sərnişin kimi metrodan istifadə etdiyi zaman …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verib. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Əhmədbəyli-Füzuli-Şuşa yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə …

Read More »

Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrləri açıqlanıb

İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un tikinti gedən əraziyə ezam olunmuş müxbirinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi İlham Süleymanov deyib. İ.Süleymanovun sözlərinə görə, yol 4 hərəkət zolağından ibarətdir: “Yolun …

Read More »

Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. “20 Yanvar” dairəsində; 4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 …

Read More »

“Azərbaycan Dəmir Yolları” sərnişindaşımanı 60 % artırıb

Bu ilin I rübündə “Azərbaycan Dəmir Yolları” QSC 1,51 milyon nəfər sərnişin daşıyıb. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur. Rüblük sərnişin daşımalarının 1,46 milyon nəfəri Bakı-Sumqayıt, 0,05 milyon nəfəri isə Bakı-Ağstafa və Bakı-Qəbələ qatarlarının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən 55 % və 20 dəfə çoxdur.

Read More »