Çərşənbə axşamı , 7 May 2024

İNFRASTRUKTUR

Zəngilan aeroportu bütün növ təyyarələri qəbul edəcək

Zəngilan rayonunda inşa olunan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə tikintini həyata keçirən “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya etdiyi məruzədə bildirib. Xatırladaq ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olacaq hava limanının inşasına bu ilin …

Read More »

Azərbaycan Macarıstanla dəmir yolu sahəsində əməkdaşlığı genişləndirə bilər

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş keçirilib. Məlumata görə, səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan sədr dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində …

Read More »

Füzulidə xəstəxana tikiləcək, Olimpiya İdman Kompleksi yaradılacaq

Füzulidə Olimpiya İdman Kompleksi yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planı ilə tanış olarkən deyib. Prezident bildirib ki, indi böyük xəstəxananın layihəsi hazırlanır: “Yaxın həftələrdə mənə təqdim ediləcək”. Dövlət başçısı daha sonra vurğulayıb ki, Olimpiya İdman Kompleksi mütləq yaradılacaq.

Read More »

Prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin …

Read More »

Dövlət başçısı: “Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir”

“Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı deyib: “Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində …

Read More »

Azərbaycan lideri: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq”

“Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək”. Boyukmillet.com xəbər verir ki, Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə danışan Prezident İlham Əliyev deyib: “Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. …

Read More »

Prezident İlham Əliyev: “Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır”

“Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı deyib ki, uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa …

Read More »

Prezident Bakıda yolların yenidən qurulmasına 2,6 milyon manat ayırıb

Prezident İlham Əliyev “Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin …

Read More »

Azərbaycan Prezidenti: “Hadrutun baş planı ilə bağlı bir çox iradlarım olub”

“Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident …

Read More »

Talış kəndinə gedən yolda genişmiqyaslı tikinti işləri aparılır

Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərazidə genişmiqyaslı tikinti işlərinə start verib. Boyukmillet.com xəbər verir ki, yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir. 4 yaşayış məntəqəsini birləşdirən …

Read More »