Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Azərbaycan Dövlət Dəniz Akademiyası açıqlama yayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) sosial şəbəkələrdə tələbə qəbulu ilə bağlı yayılan elanlarla bağlı açıqlama yayıb.

Boyukmillet.com-un məlumatına görə, açıqlamada deyilir ki, son günlər “Tik-tok” və digər sosial şəbəkələrdə Akademiyaya imtahansız qəbul haqqında elanlar paylaşılır.

“Bu elanlar tamamilə saxtadır və qəbul Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qərara əsasən Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına uyğun aparılır.

Hazırda ali təhsil müəssisələrinə qəbul dövrüdür. Belə həssas vaxtda həm abituriyentləri, həm də onların yaxınlarını bu cür saxta elanlara inanmamağa çağırırıq.

Eyni zamanda belə elanların müəlliflərini xəbərdar edirik ki, bu əməllərini davam etdirdikləri təqdirdə hüquq mühafizə orqanlarına müvafiq qaydada müraciət olunacaqdır.

ADDA haqqında www.adda.edu.az, qəbul qaydaları haqqında ətraflı məlumatı www.dim.gov.az saytından almaq mümkündür”, – deyə açıqlamada qeyd olunub.

Check Also

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni layihənin icrasına başlayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin …