Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub.
Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı–Həştərxan–Bakı marşrutu üzrə müntəzəm uçuşlara sentyabrın 30-dan yenidən başlayıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ilk bərpa olunan reyslə Bakıdan Həştərxana 83 sərnişin çatdırılıb. Əks istiqamətdə – Həştərxandan Bakıya isə 103 sərnişin uçub.
Uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Marşrutda “Embraer E-190” təyyarələrindən istifadə olunur və uçuş müddəti təxminən 1 saat 25 dəqiqədir.
Bakı–Həştərxan reyslərinin bərpası təxminən 1 il 8 aylıq fasilədən sonra baş tutub. AZAL 2025-ci ilin fevralında Həştərxan üzərində hava məkanının mütəmadi bağlanması fonunda uçuşların təhlükəsizliyini əsas gətirərək bu istiqamətdə reysləri qeyri-müəyyən müddətə dayandırmışdı.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
