Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycan və Özbəkistanın kinoloji mərkəzləri əməkdaşlığı müzakirə edib

Azərbaycan və Özbəkistan gömrük xidmətlərinin kinoloji mərkəzləri arasında onlayn formatda görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüşdə komitənin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov, Beynəlxalq Əməkdaşlıq İdarəsi rəisinin birinci müavini Ramil Əsədov, Özbəkistan Dövlət Gömrük Komitəsinin Milli Kinoloji Mərkəzinin rəhbəri Fərrux Baxtiyoroviç və hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

İ. Osmanov özbəkistanlı həmkarlarına rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, eləcə də kinoloqların nəzəri məşğələlərində istifadə olunan süni intellekt əsasında hazırlanmış OCULUS QUEST 2 (VR) texnologiyası ilə gizli saxlanc yerlərinin aşkar olunması, axtarış itlərinin tətbiqi metodlarının öyrədilməsinə dair təlim simulyatoru haqqında təqdimatla çıxış edib.

Bundan başqa, hər iki mərkəzin kinologiya sahəsində əldə etdikləri uğurlar, həmçinin damazlıq və dölçülük sahəsində əməkdaşlıq perspektivləri, eləcə də Özbəkistanda keçiriləcək MDB üzv dövlətləri gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə yarışlarda iştirakla bağlı müzakirələr aparılıb.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …