Çərşənbə , 15 May 2024

İNFRASTRUKTUR

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıda su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edilib

Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib. Bununla bağlı “Azərbaycan …

Read More »

Prezident İlham Əliyev Dövlət Agentliyinə beş milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını 16 min nəfər əhalinin yaşadığı Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və …

Read More »

“Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək”

“Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib: “Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi …

Read More »

Emin Hüseynov: “Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək”

Gələn ildən başlayaraq Suqovuşan (Tərtər), Hadrut və Tuğ (Xocavənd), eləcə də Ağdam şəhərinə və rayonun kəndlərinə köç ardıcıllıqla davam edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda bildirib. “Artıq işğaldan azad edilmiş ərazilərdə olan …

Read More »

Taleh Ziyadov: “Bakı Limanının inkişaf modeli müəyyənləşəcək”

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişaf modeli ilin sonuna qədər onun ikinci fazasının texniki-iqtisadi əsaslandırılmasının hazırladıqdan sonra müəyyənləşəcək. Boyukmillet.com xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC -nin Baş direktoru Taleh Ziyadov deyib. “Hökumət tərəfindən qərar veriləcək ki, liman ya dövlət -özəl tərəfdaşlığı əsasında, ya da dövlət tərəfindən inkişaf etdiriləcək”, – T. Ziyadov bildirib. Onun sözlərinə görə, ikinci faza …

Read More »

Emin Hüseynov: “Qarabağın ciddi şəkildə çirklənmiş ərazilərində müəyyən dəhlizlər açılmalıdır”

“Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan 5 mərhələ üzrə işlər paralel görülür”. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. “Onlardan biri ümumi və baş planların layihələndirilməsi, ikincisi minatəmizləmə fəaliyyəti, …

Read More »

Azərbaycan Türkmənistan və Qazaxıstan gübrəsinin aşırımını artıracaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ərazisində tikilən gübrə terminalın mayın sonuna qədər yekunlaşması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”QSC -nin Baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, terminalın açılışı iyun -iyul aylarında planlaşdırılır. “Gübrə terminalı çox əhəmiyyətlidir, çünki hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Qərb istiqamətində kifayət qədər gübrə daşınır. 1-1,5 milyon ton gübrənin …

Read More »

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası sürətlə davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən yolun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu …

Read More »

Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq – Baş Plan

Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000 nəfərə çatacağı nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında qeyd edilib. Baş Planda qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya …

Read More »

Füzulinin ərazisi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq

Füzuli şəhərində bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə isğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında deyilir. Planda vurğulanıb ki, ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq. Həmçinin, Füzulidə ictimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq. Təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya …

Read More »