Şənbə , 27 Aprel 2024

İNFRASTRUKTUR

Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək

Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Saziş imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayıblar.

Read More »

Bakının 8 Noyabr prospektinin bir hissəsində təmir işləri yekunlaşıb

Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində aparılan təmir işləri yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, prospektin sözügedən hissəsində asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.Belə ki, təmir çərçivəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü …

Read More »

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb. Boyukmillet.com  bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron …

Read More »

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyat olacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyatın olması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında nazir müavini Rəhman Hümmətov bildirib. “Artıq Laçın rayonu, o cümlədən Laçın-Zabux istiqaməti ilə bağlı planlar hazırdır. Şuşa şəhəri ilə bağlı da addımlar atılır”, – deyə o qeyd edib. Nazir müavini son günlər Azərbaycanın gömrük postlarında …

Read More »

Anar Rzayev: “2030-cu ilə hədəf daha təhlükəsiz, ekoloji təmiz nəqliyyatdır”

2030-cu il üçün əsas hədəf Azərbaycanda daha təhlükəsiz, ekoloji təmiz nəqliyyatın təşkil edilməsidir. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib. Onun sözlərinə görə, məqsəd şəhərin mərkəzində şəxsi avtomobillərdən istifadəni azaltmaqdır: “Hədəflərə nail olmaq üçün birinci mərhələdə – 2025-ci ilə qədər 300 …

Read More »

Azərbaycan, Qazaxıstan və Özbəkistan Birgə Kommünike qəbul edib

Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib. Bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev …

Read More »

Bakıda avtomobil yollarının əsaslı təmirinə 600 min manat ayrılıb

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 600 min manat ayrılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu …

Read More »

Füzulinin I yaşayış məhəlləsində yaşayan ailələrin sayı 846-ya çatdırılacaq

Füzuli şəhərində I yaşayış məhəlləsinə köçürüləcək ailələrin sayı 846-ya çatdırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib. O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun …

Read More »

Hadrutda və Tuğda torpaq işlərinə başlanılacaq

Yaxın günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində torpaq işlərinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” mövzusunda panel …

Read More »

Bəşir Hacıyev: “Böyük Qayıdış” proqramı çərçivəsində Füzulidə 1 şəhər və 10 kənd təhvil veriləcək”

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası başa çatana qədər Füzuli rayonunda 1 şəhər və 10 kənd inşa olunaraq təhvil verilməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Böyük Qayıdış: yeni …

Read More »