Bazar , 4 Oktyabr 2026
Drone Cameras

AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin illik maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, 2024-cü ildə aviaşirkətin borc qiymətli kağızlarına 10 milyon manatlıq investisiyası formalaşıb.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda – Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Check Also

AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı

Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub. Boyukmillet.com …