Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb. Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı …
Read More »Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq
Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilib. Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq. Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: 67 AZN-dən, Gəncə-Tbilisi: 62 AZN-dən, Ağstafa-Tbilisi: …
Read More »Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.
Read More »Naxçıvana uçuşlar dayandırıldı – AZAL-dan təcili açıqlama
Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb. AZAL-ın mətbuat xidmətindən “Xəbərsiz”ə daxil olan xəbərə görə, qurum sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir. Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.
Read More »Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb
“Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb. “Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. …
Read More »Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib. Boyukmillet.com bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir. Məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib. Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında …
Read More »Emin Ağalarovun layihəsi üçün Xəzərdə suyu qurudub süni adalar yaratmağa rəsmi icazə verildi
Nazirlər Kabineti Xəzər dənizində Prezidentin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün 55 hektardan çox süni torpaq sahəsinin salınmasına qərar verib. Baş nazir Əli Əsədovun imzaladığı sənəd konkret olaraq Sabunçu rayonunun Nardaran qəsəbəsi yaxınlığında həyata keçirilən iri tikinti layihəsinə hüquqi çərçivə qazandırır. Qərara əsasən, “Sea Breeze Resort” ərazisində tikinti məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb. Bu ərazinin …
Read More »AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır
AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bunu Gununsesi.info-ya uzun illər AZAL-da pilotu kimi çalışan bir qrup şəxs bildirib. Onların sözlərinə görə, uçuşlardan kənarlaşdırılmalarına səbəb AZAL-ın Türkiyədən və başqa ölkələrdən işə pilot götürməsidir. “Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib”,- deyən pilotlar əlavə ediblər ki, milli kadrları …
Read More »Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib
Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq tenderi yenidən elan edib. “Report”un yerli bürosu bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamentinə istinadən xəbər verir. Qurumun açıqlamasına əsasən, nəzarət xidmətlərinin ümumi təxmini məbləği 19 milyon avro həcmindədir. Məlumata görə, Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq tranzit dəhlizlərinin əhəmiyyətli seqmentini təşkil edir və …
Read More »ASCO tankerləri ilə daşınmış Qazaxıstan neftinin həcmi açıqlanıb
Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, bu həcmin 1 milyon 962 min 983,243 tonu “Tengiz”, 122 min 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür. Layihə çərçivəsində son daşımalardan biri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar