Cümə , 26 Aprel 2024
Drone Cameras

​​​​​​​Rusiya vətəndaşları 2021-ci ildə əsasən nədən qorxurlar?

Rusiya vətəndaşlarının 1/9-i 2021-ci ilin 2020-ci ildən pis keçəcəyindən qorxur.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, “SuperJob” onlayn iş axtarışı xidmətinin araşdırması nəticəsində məlum olub.

Araşdırma 18 yaş qrupundan yuxarı 1,6 min iqtisadi cəhətdən fəal vətəndaş arasında Rusiyanın bütün dairələrinin 351 yaşayış məntəqəsində aparılan rəy sorğusu əsasında hazırlanıb. Sorğu 2020-ci il dekabrın 23-dən 27-dək keçirilib.

“Rəyi soruşulan rusiyalının 11 faizi hesab edir ki, 2021-ci il 2020-ci ildən pis keçəcək. Uşaqların təhsilindən respondentlərin 7 faizi narahatdır. Onların 6 faizi xidmət, mədəni və əyləncə sahələrində məhdudiyyətlərin uzadılacağından qorxur. Rəyi soruşulanların 5 faizi rublun qiymətdən düşəcəyindən və tənhalıqdan narahatdır. Respondentlərin 4 faizi düşünür ki, sərhədlər açılmayacaq”, – araşdırmada qeyd olunub.

Check Also

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə ittiham olunan Suriya vətəndaşı Əhlam Əlbaşıra 1794 illik həbs …