Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2016

ABŞ və İran XİN başçıları beynəlxalq mükafata layiq görülüb

ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Chatham House” mükafatına layiq görülüblər. “Report” xəbər verir ki, bu barədə Londonda yerləşən Beynəlxalq İşlər üzrə Kral İnstitutunun (“Royal Institute of International Affairs”) saytı məlumat yayıb. Məlumata görə, bu mükafat bir il əvvəl (2015-ci ildə) beynəlxalq münasibətlərin yaxşılaşdırılmasında əməyi olanara verilib. Amerikalı və iranlı diplomatlar da İngiltərə İnstitutunun mükafatına …

Read More »

Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraşın sərgisi açılacaq

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin (Jorge Marin) “Varlığın canlanması” (The Reconstruction of the Being) adlı fərdi sərgisinin açılışı olacaq.Bu barədə “Report”a Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.“Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: “İnsan …

Read More »

Komitə sədri: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır”

“Təəssüf ki, Azərbaycanda görülən işlərə baxmayaraq, hələ də qadınlara qarşı zorakılıq faktlarına rast gəlinir”. “Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər hələ də aktuallığını saxlayır: “Erkən nikahlar, qadınlara qarşı zorakılıq, məişət zorakılığı və …

Read More »

Şabranda 32 yaşlı kişi qardaşını baltalayıb

Şabran rayonunda 32 yaşlı kişi qardaşını baltalayıb. “Report”un məlumatına görə, hadisəyə səbəb mübahisə olub. Belə ki, 32 yaşlı Vüsal Əsgərov yaşadığı evdə qardaşı Zəka Əsgərovla mübahisə edib. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı V.Əsgərov qardaşı Z.Əsgərovun baş nahiyəsinə balta ilə zərbə endirib. Ağır xəsarət alan Z.Əsgərov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Əsgərovun vəziyyəti ağırdır. Faktla …

Read More »

Azərbaycanda informasiya açıqlığına görə geriləyən dövlət qurumlarının siyahısı müəyyən edilib

Azərbaycanda informasiya açıqlığına görə, geriləyən dövlət qurumlarının siyahısı müəyyən edilib.  “Report”un məlumatına görə, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin dövlət qurumlarının onlayn şəffaflıq reytinqində geriləyən mərkəzi icra orqanları sırasında “Bakı Metropoliteni” (49, 4%), Milli Elmlər Akademiyası (49%), Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (45,4%), İnsan Hüquqları üzrə Müvəkkili (43,3%), Müdafiə Nazirliyi (42,5%), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət …

Read More »

Azərbaycan MSK-nın nümayəndələri Moldovada keçiriləcək prezident seçkilərini izləyəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri və Milli Məclisinin deputatı oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Kişineuya səfər edəcəklər.Bu barədə “Report”un Şərqi Avropa bürosuna Moldova Mərkəzi Seçki Komissiyasından məlumat verilib.Məlumata görə, MDB İcraiyyə Komitəsi missiyasının tərkibində Azərbaycan-Moldova Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev seçki prosesini izləyəcək. Bundan başqa, Azərbaycan MSK rəsmiləri Natiq Məmmədov və Ramin …

Read More »

Teleaparıcı Ramal Hüseynov: “Bəzi məmurlar var ki, onlar çox…”

“Televiziya ciddi, sosial problemləri göstərmək üçündür. Hər məmur, qurum öz işinin nə qədər yaxşı və ya pis olduğunu oradan görməlidir. Amma, bizdə güzgüyə baxmaq əvəzinə, vurub onu sındırırlar. Səmimiyyət, mövzu və ekspert məhdudiyyəti olduğu üçün və televiziyada olmaq naminə efirdə olmaq istəmirəm”. Bu sözləri A24.Az saytına müsahibəsində teleaparıcı Ramal Hüseynov söyləyib. Portalımıza maraqlı açıqlamalar verən aparıcı bir sıra diqqət çəkən nüanslara toxunub. Aparıcı bir …

Read More »

Bakıda keçirilən əməliyyatlarda qanunsuz dini ədəbiyyat müsadirə edilib

Daxili İşlər Nazirliyi Bakıda qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar edilməsi barədə keçirilən əməliyyatlarla bağlı məlumat yayıb. Trend nazirliyin saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakinləri Qəndaf Hüseynovanın, Pərixanım İbrahimovanın, İlkin İbrahimovun və qardaşı Samirin evlərinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 56 ədəd kitab …

Read More »