Cümə , 26 Aprel 2024
Drone Cameras

Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraşın sərgisi açılacaq

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin (Jorge Marin) “Varlığın canlanması” (The Reconstruction of the Being) adlı fərdi sərgisinin açılışı olacaq.
Bu barədə “Report”a Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.
“Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: “İnsan cəmiyyətdə”, “İnsan kosmosda” və “İnsan bir cisim və şüur kimi”. Sərginin adı sənətkarın şəxsi inkişafını, “özü”nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.
53 yaşlı Xorxe Marin 25 ildən artıqdır ki, yaradıcılıqla məşğuldur. Uzun sürən axtarışlardan sonra o, özünüifadəetmə vasitələri arasında bürüncə üstünlük verib və beləliklə, bu material onun yaradıcılığının səciyyəvi elementinə çevrilib. Xorxe Marin kiçik fiqurlardan monumental heykəllərə qədər müxtəlif ölçülü əsərlər yaradır. Onun işləri istər Meksikada, istərsə də digər ölkələrdə müxtəlif ictimai yerlərdə nümayiş olunub.
Xorxe Marin 250-dən çox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Turkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta Rika, Panama, El Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib.
Heydər Əliyev Mərkəzində açılan sərgi 2017-ci il martın 31-dək davam edəcək.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir