Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2016

Türkiyədə axtarışda olan kontr-admiral tutulub

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində axtarışda olan kontr-admiral İrfan Arabacı tutulub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yüksək rütbəli hərbçi İzmirdə yaxalanıb. Məlumata əsasən, o, tanınmamaq üçün xarici görkəmini dəyişərək saqqal buraxıb. İ. Arabacı dindirilmək üçün Terrorla Mübarizə üzrə dövlət idarəsinə aparılıb.

Read More »

“Araz” Makedoniya çempionunu darmadağın edib Böyüt

Oktyabrın 13-də Cenevrədə 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diaspor üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib. TEAS-dan APA-ya verilən məlumata görə, anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının …

Read More »

Cenevrədə Xocalı dəhşətləri haqqında həqiqətlərdən bəhs edilib

Oktyabrın 13-də Cenevrədə 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diaspor üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib. TEAS-dan APA-ya verilən məlumata görə, anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının …

Read More »

Türkiyədə zəlzələ olub

Bu gün səhər saatlarında Türkiyənin Manisa rayonunda zəlzələ olub. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 05.59 və 05.51 radələrində Manisanın Akhisar qəsəbəsində 4 və 4,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ ocaqları 11.3 km və 6.3 km dərinlikdə yerləşib. Dağıntı və tələfat yoxdur.

Read More »

Kamal Abdullanın prorektor oğlunu Məleykə Abbaszadənin qızı əvəzləyib

Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri olub. APA-nın xəbərinə görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev işdən çıxarılıb. Onun yerinə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin ediləcəyi gözlənilir. ADPU-nun rektoru Cəfər Cəfərov APA-ya faktı təsdiqləyib və bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub: “O, Azərbaycan Respublikası Prezidenti yadında Dövlət …

Read More »

Bakıda heyvanlar tərəfindən meyiti parçalanmış şəxsin kimliyi müəyyənləşib

Bakıda meyiti heyvanlar tərəfindən parçalanmış şəxsin kimliyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib. Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində …

Read More »

“Dərbənd xalçaçılığı” kitabının təqdimatı keçirilib

Oktyabrın 14-də  Mahaçqalanın  “ Dostluq Evi ” ndə  Vidadi Muradovun və Maqomedxan Maqomedxanovun  “Dərbənd  xalçaçılığı” kitabının təqdimatı keçirilmişdir. Tədbirdə DR Hökuməti Sədrinin birinci müavini Anatoli  Qaribov, DR milli siyasəti üzrə nazir Tatyana Qamaley, DR mədəniyyət naziri Zarema Butayeva, Dərbənd  qoruq muzeyinin direktoru Əli İbrahimov, respublika şəhər və rayon bələdiyyə  nümayəndələri, elm, incəsənət, ictimai təşkilatlarının nümayəndələri iştirak etmişlər. Kitabın təqdimatına həmçinin …

Read More »

İki piyadanı maşın vuraraq öldürüb

Azərbaycanda iki piyadanı maşın vuraraq öldürüb.“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, oktyabrın 14-də saat 18 radələrində Sabunçu rayonu ərazisində Zabrat qəsəbə sakini Nəsib Orucov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rasim Həsənovu vurub. R.Həsənov oktyabrın 15-də N.Orucovun evində ölüb.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.Digər analoji hadisə Abşeron rayonunun Masazır …

Read More »

Pakistanın baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.“Report” xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan …

Read More »

Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.İşğal altında olan Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Read More »