Cümə , 26 Aprel 2024
Drone Cameras

“Dərbənd xalçaçılığı” kitabının təqdimatı keçirilib

Oktyabrın 14-də  Mahaçqalanın  “ Dostluq Evi ” ndə  Vidadi Muradovun və Maqomedxan Maqomedxanovun  “Dərbənd  xalçaçılığı” kitabının təqdimatı keçirilmişdir. Tədbirdə DR Hökuməti Sədrinin birinci müavini Anatoli  Qaribov, DR milli siyasəti üzrə nazir Tatyana Qamaley, DR mədəniyyət naziri Zarema Butayeva, Dərbənd  qoruq muzeyinin direktoru Əli İbrahimov, respublika şəhər və rayon bələdiyyə  nümayəndələri, elm, incəsənət, ictimai təşkilatlarının nümayəndələri iştirak etmişlər. Kitabın təqdimatına həmçinin Azərbaycan Respublikasından  böyük tərkibdə  nümayəndə heyəti: Milli elmlər akademiyasının akademikləri,  mədəniyyət, sənət, incəsənət  xadimləri, KİV   nümayəndələri gəlmişlər.  Qonaqlar  Mahaçqalada yerləşən Əziz Əliyevi  heykəlinin önünə gül -çiçək dəstələri qoymuşlar.

 Tədbiri açan  DR milli siyasəti üzrə nazir T. Qamaley  qeyd etmişdir ki,  yüksək elmi və poliqrafiya səviyyəsində  birgə  işlənmiş  genişmiqyaslı kitab bizim xalqlarımız üçün dəyərlidir.  

“ Dərbənd xalçaçılığı ” kitabın müəlliflərini təbrik edən DR Baş nazirinin birinci müavini A. Qaribov  Azərbaycandan gələn qonaqları  salamlayaraq  bildirmişdir ki, bu layihə  Dağıstan və Azərbaycan  ustalarının, tədqiqatçılarının, tarixçilərinin, etnoqraflarınının  əməkdaşlığında, etnoturizm xalq sənəti  inkişafında pozitiv təsir göstərəcək.

DR mədəniyyət naziri  Z. Butayeva kitabın müəlliflərinə təşəkkür məktublarını təqdim etmişdir.

Qeyd etmək lazımdır ki, kitabda  Dərbənd şəhəri haqqında müxtəsər tarixi-etnoqrafik oçerk, şəhərin və ətraf bölgələrin etno-mədəni mənzərəsi, burada yaşayan əhalinin əsas məşğuliyyət sahələri haqqında oçerklərlə başlayır. Tədqiqatda əsas yeri Dərbənd xalçaçılığının tarixinin və müasir vəziyyətinin, onun yayılma arealının, toxunma texnologiyasının, bədii və ornamental-semantik xüsusiyyətlərinin öyrənilməsi tutur.

Monoqrafiyanın xüsusi bölməsində Dərbənd xalçalarını yaradan və realizə edən boyaqçılar, toxucular, xalça tacirləri haqqında illüstrativ materiallar təqdim olunub. Dərbənd xalçaları haqqında ətraflı təsəvvür yaratmaq məqsədilə dünya muzeylərində, o cümlədən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Dağıstanın P.S.Qamzatova adına Təsviri Sənətlər Muzeyində, “Azər-İlmə“nin “Sehrli ilmələr” qalereyasında, Chiristies, Sotheby’s, Rippon Boswell kimi hərracların fondunda, şəxsi kolleksiyalarda mühafizə olunan nadir xalçaların fotoşəkillərinə və onlar haqqında məlumatlara geniş yer ayrılıb. Tədqiqata beynəlxalq qiymətləndirmə standartlarına müvafiq olaraq qədim Dərbənd xalçalarının indeksasiyası da daxil edilib.

 

derbend.ru

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir