Şənbə , 15 Mart 2025
Drone Cameras

2017-ci il üçün yaşayış minimumu təsdiq edildi – ARTIM VAR

Bu gün Milli Məclisin plenar iclasında “2017-ci il üzrə yaşayış minimumu haqqında” qanun layihəsi qəbul edilib.

Trend-in məlumtına görə, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur.

Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün – 164,5 manat, təqaüdçülər üçün – 130,2 manat, uşaqlar üçün – 136,6 manat təşkil edəcək.

Qeyd edək ki, cari ildə yaşayış minimumu 136 manat təşkil edib ki, o cümlədən əmək qabiliyyətli əhali üçün – 145 manat, təqaüdçülər üçün – 115 manat, uşaqlar üçün – 118 manat təşkil edib.

Büdcə zərfində 2017-ci il və növbəti 3 il üçün yaşayış minimumunun artırılması nəzərdə tutulur. Belə ki, 2018-ci ildə 162,6 manata, 2019-cu ildə 169 manata, 2020-ci ildə isə 174,9 manata çatdlırlması proqnozlaşdırılır.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir