Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2017

Prezident Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyinə etiraz etdi

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin bu il iyunun 13-də qəbul etdiyi “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişikliyə etiraz edib. “Report”un xəbərinə görə, etiraz barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən – sentyabrın 20-də keçirilmiş iclasında məlumat verilib. Etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.2-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub. Bu siyahıya …

Read More »

Azərbaycan Bakı-Tiflis-Ceyhan kəmərini “Dəmir günbəz”lə qoruyur

Azərbaycan İsrail istehsalı olan “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin xüsusi modifikasiya olunmuş versiyasını Bakı-Tiflis-Ceyhan neft kəmərinin mühafizəsinə cəlb etməyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanda nəşr olunan “Rezonansi” qəzeti yazıb. Qəzet yazır ki, Azərbaycanın “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə BTC-ni mühafizə etmək planları Ermənistanın Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri alması ilə əlaqəlidir. “Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin …

Read More »

“Milli Şuranın mitinqində radikal çağırış edənlər cəzalandırılmalıdır” — Əli Ömərovdan daha bir ŞOK AÇIQLAMA

Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış etməsinə və hakim Yeni Azərbaycan Partiyasından istefa verməsinə aydınlıq gətirib. Ə.Ömərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bəzi qəzetlərdə onun haqqında yalan və cəfəngiyyat yazılar dərc olunub: “Bəzi qəzetlər yazır ki, guya mənim biznes marağıma və sairəyə görə YAP-dan istefa vermişəm. Ancaq bütün bunlar yalan …

Read More »

İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıldı

Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Boyukmillet.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və …

Read More »

İlham Əliyev BMT tribunasından Sərkisyanın yalanlarını faş etdi – hadisə kimi çıxış

Azərbaycan prezidenti Serj Sərkisyanın həyasız iddialarını yalanladı, onun Xocalı soyqırımın müəlliflərindən biri olduğunu söylədi; işğalçı ölkəni və onun rəhbərliyini xəbərdar etdi: “Ermənistan ötən ilin aprelində aldığı dərsi unutmamalıdır…, lazım gəlsə, o, yenə cəzalandırılacaq” Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci ali toplantısı çərçivəsində çıxış edib. Gözlənildiyi kimi, ölkə başçısı öz çıxışında Dağlıq Qarabağ münaqişəsi və erməni işğalına …

Read More »

Tramp: Sizi məhv edərəm!

“Şimali Koreya özünün nüvə və raket proqramını inkişaf etdirməklə bütün dünyanı çox böyük qurbanlarla təhdid edir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 72-ci sessiyasında çıxışı zamanı deyib.  Onun sözlərinə görə, bəzi ölkələr Şimali Koreyaya maliyyə yardımı göstərir və onu silahla təchiz edirlər: “Bu cinayətkar bandanın nüvə raketlərinə sahib olması Yer üzündə heç bir xalqın maraqlarına …

Read More »

Azərbaycan üçün tarixi gün — Bu gün qərar açıqlanacaq

AFFA Çempionlar Liqasının finalının Bakıda keçirilib keçirilməyəcəyi bu gün məlum olacaq. AFFA-nın baş katibi Elxan Məmmədov dünən bildirmişdi ki, 2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunacaq.  E.Məmmədov deyib ki, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla …

Read More »

Yeddi xarici şirkət Azərbaycan bazarını tərk edib

Yeddi xarici şirkət Azərbaycan bazarını tərk etmək barədə qərar qəbul edib. “APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanlara istinadən xəbər verir ki, “Toyo Engineering Corporation” Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir. Kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk (Şimal DRES), ev 17 ünvanına bildirə bilərlər. “Obermeyer Project Manegement GmbH” də Azərbaycandakı filialının ləğv …

Read More »

Azərbaycandan İslam ölkələrinə çağırış

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təmas Qrupunun ikinci iclasında çıxış edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov çıxışında bildirib ki, Təmas Qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və …

Read More »

Ukraynada erməni deputat həbs olundu – qətlə görə

Ukraynada Mirqorod şəhər sovetinin Oleq Lyaşkonun Radikal Partiyasını təmsil edən erməni əsilli deputatı Xaçatur Xaçaturyan Azadlıq Partiyasından olan həmkarı Oleq Suprunenkonun qətlində şübhəli bilinərək saxlanılıb. Boyukmilllet.com xəbər verir ki, bu barədə partiya sədri Oleq Lyaşko Feysbuk səhifəsində yazıb. Lyaşkonun sözlərinə görə, mərhum Suprunenko reanimasiya şöbəsində 26 gün həyat uğrunda mübarizə aparıb. “Ona çox qəddar şəkildə hücum edilib. Heç bir şəkildə cinayətkarları …

Read More »