Bazar , 3 Dekabr 2023

Ukraynada erməni deputat həbs olundu – qətlə görə

Ukraynada Mirqorod şəhər sovetinin Oleq Lyaşkonun Radikal Partiyasını təmsil edən erməni əsilli deputatı Xaçatur Xaçaturyan Azadlıq Partiyasından olan həmkarı Oleq Suprunenkonun qətlində şübhəli bilinərək saxlanılıb.

Boyukmilllet.com xəbər verir ki, bu barədə partiya sədri Oleq Lyaşko Feysbuk səhifəsində yazıb. Lyaşkonun sözlərinə görə, mərhum Suprunenko reanimasiya şöbəsində 26 gün həyat uğrunda mübarizə aparıb.

“Ona çox qəddar şəkildə hücum edilib. Heç bir şəkildə cinayətkarları himayə etməyəcəyəm. Əgər günahkardırsa, mandatı əlindən alınsın və mühakimə olunsun”, – Lyaşko Xaçaturyan barədə deyib.

Qeyd edək ki, hücum Oleq Suprunenko iyul ayının 12-də gecə saatlarında evinə qayıdarkən baş vermişdi.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir