Çərşənbə , 3 İyul 2024

Yearly Archives: 2017

PKK-çı bu vəziyyətdə yaxalandı

Türkiyədə xüsusi təyinatlıların sərhəddə həyata keçirdiyi əməliyyatlar zamanı ölkəyə girməyə çalışan 3 terrorçu son anda yaxalanıb. Turkustan.info Milliyet.com.tr-yə istinadla xəbər verir ki, Hakkaridə separatçı terror təşkilatı PKK-nın fəaliyyətlərinin ifşa edilməsi və əngəllənməsinə yönəlik əməliyyatlarda, terror aksiyasına hazırlaşan 3 terrorçu sərhəddən keçmək ərəfəsində silahlarıyla birlikdə ələ keçirilib. Terrorçulardan biri yaxalanarkən fotoya bu görkəmdə – komik vəziyyətdə düşüb.

Read More »

Əli Həsənov: “Biz öz yolumuzla gedirik və özümüzü haqlı hesab edirik”

“Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib. Beynəlxalq aləmdə kimin buna necə qiymət verməsindən asılı olmayaraq, biz öz yolumuzla gedirik və özümüzü haqlı hesab edirik”. Bbunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xəzər” televiziyasına müsahibəsində deyib. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan azad internet məkanına daxil olan dövlətdir: “Avropanın ən …

Read More »

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanır

Mayın 28-də Ankara vaxtı ilə saat 20:35-dən etibarən İstanbul boğazında Fatih Sultan Mehmet körpüsü Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılır. Trend-in məlumatına görə, rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişir. Bu unikal bayram təbriki Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Read More »

Dost Təbriki

Bu sevgi özündən əvvəl doğulan,Səni taleyimə yazdı yaradan… “Şeirlərində hər zamanSözün ağrısından keçərlər,SöyləməyəHəqiqətin acısınıSeçərlər Şairlər…Tanrı aşiqi,Eşq dəlisi olduğundanÇox vaxt sevməzlərŞairləri…Dostu çox, sirdaşı az,Bostanı daşlı,Könlünün gözü yaşlı olar Şairin…” Gözü olan her kəs baxar, görmək istədikdə görər, amma şairlər könül gözu ilə baxar və gördükləri qarşısında çox vaxt könlünün gözü yaşlı olar. Bunu hiss etdikləri üçündür ki, onların düyaya baxışı fərqlidir. …

Read More »

Ukraynalıların, macarların, türklərin ümumi əcdadı – QIPÇAQLAR

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Azərbaycan xalqının soykökünün formalaşmasında iştirak etmiş türk etnosuna – qıpçaqlara həsr olunub. Bir sıra Avropa xalqlarının, o cümlədən macarların, ukraynalıların, moldovalıların soykökünün formalaşmasında böyük rol oynamış qıpçaqlar tarixdə böyük iz qoymuş etnosdur. Xristian türklərə məxsus qədim irsin, yazılı abidələrin müəlliflik hüququna sahib olan qıpçaqların tarixdəki rolu daim təhrif olunub. “Səsli tarix” verilişinin “Qıpçaqlar” …

Read More »

“Vətənpərvərliyin təbliğində aprel döyüşləri” layihəsi çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirmişdir.   QHT.az xəbər verir ki, tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlillərlə yanaşı yeniyetmələr və gənclər də iştirak etmişlər.Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra …

Read More »

Şura üzvü Emin Həsənli: QHT-lərin regional koalisiyası yaradılır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərliyi ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranının, xüsusilə Aprel döyüşləri iştirakçılarının Türkiyəyə səfəri baş tutub.   Emin Həsənli Türkiyə səfəri və digər məsələlər ilə bağlı  QHT TV-yə geniş müsahibə verib.

Read More »

Elməddin Behbud Türkiyənin ULUSAL televiziya kanalının qonağı olub

Prezident yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Türkiyəyə səfəri çərçivəsində ULUSAL televiziya kanalının “Televiziya Qəzeti” proqramında canlı yayımda qonaq olub.   QHT.az xəbər verir ki, Elməddin Behbud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türk Dünyasının inteqrasiyası, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti, Qərbin və Rusiyanın Qarabağ münaqişəsinə …

Read More »

Qızıl palma budağı mükafatının sahibi məlum olub

Kann film festivalının Qızıl palma budağı mükafatının sahibi məlum olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, isveçli rejissor Ruben Estlundun “Kvadrat” filmi yubiley Kann festivalının Qızıl palma budağını alıb. Qalibi festivalın əsas müsabiqəsinin münsiflər heyəti elan edib. Qeyd edək ki, festivalın əsas müsabiqəsində 19 film iştirak edib.

Read More »

Düşmən cəbhədə iriçaplı pulemyotlardan istifadə edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu …

Read More »