Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Elməddin Behbud Türkiyənin ULUSAL televiziya kanalının qonağı olub

Prezident yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Türkiyəyə səfəri çərçivəsində ULUSAL televiziya kanalının “Televiziya Qəzeti” proqramında canlı yayımda qonaq olub.
 
QHT.az xəbər verir ki, Elməddin Behbud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türk Dünyasının inteqrasiyası, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti, Qərbin və Rusiyanın Qarabağ münaqişəsinə münasibəti və digər mövzularda fikirlərini bildirib.
 
Bundan başaq Elməddin Behbud çıxışı zamanı tamaşaçıların fikirlərini aşağıdakı mövzulara yönəldib:
 
 
-Ermənistan Respublikasının yaradılması Rusiya ilə Qərb dövlətlərinin birgə layihəsidir;
-Ermənistanın bir vətəndaşı Azərbaycanın sərhədini pozaraq əsir düşəndə onlar dünyanı ayağa qaldırırlar. Ancaq iyulun 11-də cinayətkar Ermənistan hakimiyyətinin girovluğunda olmalarının 3 ili tamam olacaq Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunmasının vacibliyini beynəlxalq birliyin diqqətinə yetərli səviyyədə çatdıra bilmirik;
-Türk Dünyasının inteqrasiyasının genişlənməsinə xidmət edən ictimai, mədəni, siyasi platformaların beynəlxalq aləmə səsimizin çatdırılması üçün hazırki informasiya əsrinin çağrışınlarına çevik və effektiv şəkildə cavab verməsi lazımdır;
-Azərbaycanda sabitliyin əsas təminatçısı Cənab Prezident İlham Əliyevdir;
-Nəinki onlara, yüzlərlə, hətta iki türkün belə bir araya gələrək ortaq milli mövzuları müzakirə etməsi çox önəmlidir. 350 milyonluq türk dünyasından bəhs etsək də təəssüflər olsun ki, real həyatda bu böyük coğrafiyanın resurslarının çox az hissəsindən istifadə edirik;
-Dünya Türk Gənclər Birliyi Türk Dünyasının müxtəlif topluluqlarının mədəni, ictimai inteqrasiyası baxımından mühüm platformadır.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir