Çərşənbə axşamı , 18 İyun 2024

Yearly Archives: 2017

Avropa Şurası Azərbaycanda məhkəmə-hüquq sisteminə tarixi qiymət verib

 Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatı Azərbaycanda məhkəmə-hüquq sistemi sahəsində aparılan islahatlara verilən ən yüksək tarixi qiymətdir. Bununla da Azərbaycanın adı Avropanın məhkəmə tarixinə qabaqcıl təcrübəyə malik ölkə kimi düşüb. “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl …

Read More »

Sabah Bakıda güclü külək əsəcək, bəzi rayonlarda qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm …

Read More »

Rusiya Ermənistana pulsuz qrad əleyhinə raket sistemi verib

Rusiya Ermənistana “Antiqrad” qrad əleyhinə raket sistemi verib. Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib: “Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək”.Məlumata görə, Ermənistanın föqəladə hallar naziri David Tonoyan yeni sistemin quraşdırıldığı Araqtsotn vilayətinin Artaşavan kəndində olub.(report.az)   Boyukmillet.com

Read More »

Azərbaycan neftinin qiyməti 62 dollar/barreli ötüb

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. Boyukmilet.com azertac-a istinadən xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar bahalaşaraq 62,20 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar bahalaşaraq 54,65 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar artaraq 61,16 dollar təşkil …

Read More »

Könüllülər yeni kampaniyaya başlayırlar

“ASAN Könüllüləri” Təşkilatının və Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə #9noyabr həştəq kampaniyasına start verilir. Boyukmilet.com azertac-a istinadən xəbər verir ki, sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Sərəncamının icrasına dəstək olaraq tariximizin, xalqımızın müstəqillik mübarizəsinin müxtəlif mərhələlərinin, başda Azərbaycan Respublikasının …

Read More »

“Roma”nın baş məşqçisi: “Qarabağ” hamının həyatını çətinləşdirdi”

“Qarabağ” hamının həyatını çətinləşdirdi. Bu barədə əvvəl də demişdim. Avropada zəif komanda yoxdur”.  Bunu İtaliya təmsilçisi “Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının (ÇL) C qrupunda yaranmış vəziyyəti şərh edərkən deyib. Oktyabrın 31-də IV tur çərçivəsində “Roma” evdə İngiltərə “Çelsi” üzərində 3:0 hesablı qələbə qazandığı halda, “Qarabağ” İspaniyada “Atletiko” ilə heç-heçə edib – 1:1.  48 yaşlı italiyalı mütəxəssisin fikrincə, …

Read More »

Bu gün Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

Bu gün Tehran şəhərində Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.Sammitin yekununda liderlər birgə bəyanatla çıxış edəcəklər. Bəyanatda gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapacaq.Bu formatda danışıqlar artıq ikinci dəfə keçiriləcək. Liderlər ilk dəfədir prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda …

Read More »

Penitensiar Xidmətin keçmiş tabor komandirinə qarşı daha bir maddə ilə ittiham irəli sürülüb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin Cinayət Məcəlləsinin daha bir maddəsi ilə ittiham edildiyi məlum olub. Ona qarşı məcəllənin 179-cu (mənimsəmə) maddəsi ilə də ittiham irəli sürülüb. B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə (308.2-ci maddə) yanaşı, mənimsəmədə də təqsirli bilinir. Ötən gün Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. …

Read More »

“Bəxt üzüyü” filminin davamı çəkildi

Filmin adı “Bəxt üzüyü 2” olacaq. Ekran işinin çəkilişlərini isə “Planet Parni iz Baku” komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir. Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov, Firəngiz Rəhimova …

Read More »

Yaponiya hökuməti tam tərkibdə istefa verib

Noyabrın 1-də Yaponiya hökumətinin üzvləri xüsusi iclasda istefa barədə ərizələrini Baş nazir Şinzo Abeyə təqdim ediblər. Onların müraciəti qəbul olunub. Boyukmilet.com-un azertac-a istinadən verdiyi xəbərə görə, bir neçə saatdan sonra parlamentin hər iki palatası yeni Baş naziri seçəcək və o, yeni nazirləri təyin edəcək. Yaponiya qanunlarına əsasən, Baş nazir oktyabrın 22-də keçirilmiş seçkilər nəticəsində parlamentdə yer qazanan partiyaların nümayəndələri tərəfindən …

Read More »