Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Sabah Bakıda güclü külək əsəcək, bəzi rayonlarda qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 

Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir