Çərşənbə , 3 İyul 2024

Yearly Archives: 2017

Bakıda Milli Məclisə silahlı hücum planı – Deputatları öldürmək istəyirlərmiş

Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terrorçu qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış. Bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları …

Read More »

Sabir bəyin özü böyük bir kitabdır – FOTO

11 oktyabr Azərbaycan Yazıçılar Birliyində xalq şairi Sabir Rüstəmxanlının “Akademikin son əsəri” kitabının təqdimatı keçirilmişdir. Boyukmillet.com xəbər verir ki, tədbirdə görkəmli şair və yazıçılarla yanaşı bir sıra ictimai-siyasi xadimlər və mətbuat nümayəndələri iştirak etmişdir. Giriş nitqini söyləyən AYB-nin birinci katibi, xalq şairi Fikrət Qocanın ardınca Sona Vəliyeva, Rəşad Məcid, millət vəkili Fəzail İbrahimli və digərləri mütəfəkkirin yaradıcılığı, əsərləri və “Akademikin …

Read More »

Elçibəyin qardaşı vəfat etdi

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib.   Bu barədə Boyukmillet.com-a mərhumun yaxın qohumu Çingiz Özgür məlumat verib. Bildirib ki, 83 yaşlı A. Əliyev uzun müddət imiş ki xəstəlikdən əziyyət çəkirmiş. Son 1 ayda isə səhhətində ciddi problemlər yaranan mərhum bu gün səhər saatlarında dünyasını dəyişib.   O, Sulutəpədə dəfn olunacaq.   Allah rəhmət eləsin!  

Read More »

Sarkisyan prezidentlərin görüşündə yatdı – VİDEO

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib. Boyukmillet.com xəbər verir ki, prezidentlərin görüşündə diqqət çəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub.  Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.  Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə …

Read More »

Azərbaycana ucuz və təhlükəli kərə yağları gətirilib

Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirmiş oldu. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.   Xatırladaq ki, ötən həftə kərə yağının kəskin bahalaşmasından sonra yaranan narazılıqlar …

Read More »

Amerika sənə qucağını açır, amma…

Əməkdaşımız Sevinc Telmanqızı yenicə nəşr olunan “Trampın və Sevincin Amerikası” kitabı haqda danışır: “Bütün həmkarlarımıza bu cür silsilə yazı, layihə, araşdırmalarını kitab halına gətirməyi arzu edirəm”  Bu günlərdə “Yeni Müsavat” qəzetinin əməkdaşı, reportyor Sevinc Telmanqızının “Trampın və Sevincin Amerikası” adlı kitabı işıq üzü görüb. Həmkarımız bununla bağlı sosial şəbəkədə məlumat verərək, kitabın fotolarını paylaşıb. Musavat.com əməkdaşımızla yeni kitabı və Amerika …

Read More »

İranla sərhəddə qadınlara qadağa

Azərbaycanın İranla sərhəddə yerləşən gömrük məntəqələrində qadınlara İrandan siqaret gətirmək qadağan olunub. Boyukmillet.com BBC Azərabaycanca-ya istinadən xəbər verir ki, bunu cənub bölgəsinin sakinləri deyir. Əsasən, alver məqsədilə İrana keçən sakinlər artıq qonşu ölkəyə gedib-gəlməyin sərf etmədiyini bildirib. Sakinlər deyirlər ki, Azərbaycandan İrana bağlama aparmağa icazə verilmir. Sərhədi ayda 1 və ya 2 dəfə keçmək olur. Bu zaman isə yalnız kişilər 3 …

Read More »

AMEA rəsmisi: Bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər

“Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər”. Boyukmillet.com-ın APA-ya istinadla xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli“Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, xarici terminlərdən istifadə edən aparıcılar özlərini savadlı göstərmək üçün belə …

Read More »

Bal yarmarkasında “bal kimi” qiymətlər – REPORTAJ

Bu gün Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada 336 arıçı iştirak edir və satışa 107 500 kq süzülmüş bal, 5 500 kq şanı balı, 200 kq güləm bal, 850 kq çiçək tozu, 35 kq arı südü çıxarılıb. Bu da ötən illə müqayisədə daha çox məhsulun satışa təqdim edilməsi deməkdir. Belə ki, 2016-cı ildə yarmarkada 254 arıçı iştirak …

Read More »

Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə öldü

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb. Boyukmillet.com Report-a istinadən xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Read More »