Çərşənbə axşamı , 21 May 2024

Yearly Archives: 2018

Azay Quliyev Vyanaya səfərə gedir

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev fevralın 19-da Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə gedəcək. Bu haqda Milli Məclisin mətbuat xdiməti məlumat yayıb.  Deputatımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edəcək və sessiyanın gündəliyində olan aidiyyatı məsələlər haqqında çıxış edəcək.  Azay Quliyev fevral ayının 22-də ATƏT PA-nın İpək Yoluna …

Read More »

“Kitab yandırmaq nədir? Bu hansı əsr, hansı zamandır?” – Şair-yazıçı MÖVQEYİ

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi 11 apreldə keçiriləcək növbədənkənar seçkilərində YAP-ın namizədi, hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan etdi. Bunun ardınca bir qrup müxalifətçi sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və AYB katibi Çingiz Abdullayevin kitablarını yandırmaq təşəbbüsü ilə çıxış ediblər. Yazıçının kitablarını yandırmaq nə dərəcədə düzgündür?  Xalq şairi Fikrət Qoca: “Hər kəs öz tərbiyəsini göstərir. Bəzi insanlar öz içini açmaq …

Read More »

Anar: “Mən demirəm ki, ziyalılar mələkdir”

Anar: “Əleyhimə üç çamadan yazı yazıblar, saxlamışam, hamısını çap edəcəyəm” Yazıçılar Birliyinin bir qrup üzvünün prezident seçkisində hakim partiyanın namizədi, prezident İlham Əliyevi müdafiə ilə bağlı bəyanata imza atması geniş müzakirələrə səbəb olub. Hətta bunun qarşılığında sosial şəbəkələrdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın kitablarını yandırmaqla bağlı çağırışlar edilib. Avropada səfərdə olan Xalq yazıçısı “Yeni Müsavat”ın suallarına cavab verib. Müsahibənin …

Read More »

Bayıl sakinləri kirayə pulundan narazıdır

Əhali təzədən məhəllələrə qayıdır; sürüşmə zonasında son durum Bayıl yamacında sürüşmə zonasında aktivlik davam edir.  Ötən həftə bir daha açıqlama verildi ki, ərazidə yaşayan əhaliyə kirayə pulu, kompensasiya ödəniləcək. Belə ki, məlumata görə, Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti …

Read More »

Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi

Qırğızstanın “Turar” nəşriyyatı Xocalı Soyqırımının anım günü ərəfəsində Azərbaycan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarixi elmlər doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı” kitabını qırğız və rus dillərində çap edib. Boyukmillet.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci …

Read More »

Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb. Boyukmillet.com bildirir ki, bu barədə Türkiyə SQ-nin Baş Qərargahı məlumat yayıb. Məlumatda deyilir ki, ötən sutka Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib və daha üç kənd-İkidam, Şeltah və Merseva terrorçulardan təmizlənib. Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların …

Read More »

İş adamı Fizuli Məmmədov daha 5 Qarabağ qazisinə mənzil bağışlayacaq

Bu, onun birinci və sonuncu xeyriyyəçiliyi deyil Azərbaycanın tanınmış iş adamı, xeyriyyəçi, «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti, Avropa Azərbaycan Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilərə növbəti dəfə mənzil verəcək. Bu haqda xəbəri Musavat.com-a  Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətindən alıb.  Xəbərdə bildirilir ki, fevral ayının 18-də Fizuli Məmmədov Azərbaycan xalqının ümummili lider Heydər …

Read More »

İraqda azərbaycanlı qadınlara ömürlük həbs cəzası verildi

İraqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Sumaira” telekanalı məlumat yayıb. Kanala müsahibə verən Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Sattar Birkdarın sözlərinə görə, həbs olunanlar İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunurlar. Türkiyədən olan bir qadına isə edam cəzası verilib.

Read More »

Qarabağ məsələsi üçün yeni mərhələ – Bakının düşmənə “yubiley” sürprizi

Qarabağdakı separatçı hərəkatın 30-cu ildönümündə işə düşəcək meqa-layihə də işğalçı Ermənistandan yan ötəcək; iyunun 30-da istifadəyə veriləcək Cənub Qaz Dəhlizi (TANAP) tək “Şahdəniz” yatağını deyil, ümidimizi də Avropaya daha sıx bağlayacaq… Sabah – fevralın 20-də Azərbaycanın Dağlıq Qarabağ vilayətində erməni separatçı hərəkatın başlanmasının 30-cu ildönümü tamamlanır. 30 il öncə – 1988-ci il fevralın 20-də keçmiş DQMV-nin Xalq Deputatları Soveti bölgənin …

Read More »

Azərbaycan qızılı nə zaman brendə çevriləcək?

Dünya bazarında qızıl bahalaşmaqda davam edir. Amerika fond bazarında “Dow Jones” indeksi 0,08% – 25 219,38 bəndədək, “S&P 500” 0,04% – 2 732,22 bəndədək artıb, NASDAQ isə 0,23% – 7 239,47 bəndədək ucuzlaşıb. Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,83% – 7 294,70 bəndədək, Almaniya DAX-I 0,86% – 12 451,96 bəndədək, Fransa CAC-40-ı isə 1,13% – 5 281,58 bəndədək bahalaşıb. …

Read More »