Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi

Qırğızstanın “Turar” nəşriyyatı Xocalı Soyqırımının anım günü ərəfəsində Azərbaycan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarixi elmlər doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı” kitabını qırğız və rus dillərində çap edib.

Boyukmillet.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır, xüsusilə, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmişdiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin işğalı zamanı həyata keçirilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir.

Kitabın müəllifin əsas məqsədi soyqırımın dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq və bütün bəşəriyyəti zorakılığa qarşı mübarizədə birləşdirərək, cinayət törədənləri məsuliyyətə cəlb edilməsidir.

Əsəri qırğız dilinə Bekten Dıykanbay çevirib.

 

 

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir