Çərşənbə axşamı , 21 May 2024

Yearly Archives: 2018

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Dekabrın 11-də Sputnik Mətbuat Mərkəzində Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013- 2018-ci illər üzrə Hesabat- Seçki konfransı keçirilib.   Tədbir iştirakçıları konfransdan öncə Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib və məzar önünə gül-çiçək dəstələri qoyublar.   ƏQC-nin Mətbuat xidmətindən Versus.Az-a verilən məlumatına görə, Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq və respublika səviyyəli  ekspertlər, KİV təmsilçiləri və QHT rəhbərləri iştirak …

Read More »

Paşinyan Milli Şuranı qohum-əqrəba parlamentinə çevirdi

Samir Adıgözəlli: “Paşinyanın öz yaxın ətrafını deputat etməsi və digər addımları göstərir ki, o, əsl avtoritar adamdır və belə idarəetmə üsuluna üstünlük verəcək”   Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsində biabırçı mənzərə ortaya çıxıb.  Seçkilərin saxtalaşdırılması ilə yanaşı, məlum olub ki, Paşinyan öz partiyası ilə bərabər yaxın dostları və qohumlarını da yeni seçilən parlamentə doldurub. Verilən məlumata görə, Ermənistanda keçirilmiş parlament seçkiləri …

Read More »

Bir erməni gedib, yerinə başqa erməni gələcək

11 Dekabr 2018 [15:03] “Ermənistanda keçirilən seçkilərdə kimin qalib gəlməsinin Azərbaycan üçün müsbət əhəmiyyəti yoxdur. Hakimiyyətdən bir erməni gedib, yerinə başqa erməni gələcək” Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov bildirib. E.Məmmədov deyib ki, Azərbaycan tərəfi öz işini Ermənistanda hakimiyyət dəyişikliyinə görə qurmamalıdır: “Ermənistanda kimin prezident olmasının Azərbaycana təsiri yoxdur. Kimin gəlməsindən asılı olmayaraq, hamısı …

Read More »

Son dəqiqə : Ərdoğan rəsmən açıqladı – Bir neçə gün ərzində Suriyada PKK/PYD terrorçularına qarşı yeni əməliyyat başlayır

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün ərzində Suriyada PKK/PYD terrorçularına qarşı yeni əməliyyatın başlayacağını açıqlayıb.  Avropa.info xəbər verir ki, Ərdoğan qısa müddətdə Fəratın şərqini PKK/PYD terrorçularından təmizləyəcəklərini deyib. “Fəratın şərqi ilə bağlı xəbərdarlıqlarımızı edərkən hazırlıqlarımızı da bitirdik. Fəratın şərqini separatçı terror təşkilatından təmizləmək üçün bir neçə gün ərzində yeni əməliyyata başlayacağıq. Hədəfimiz ABŞ əsgərləri deyil. Regionda fəaliyyət göstərən …

Read More »

O Böyük Şəxsiyyəti anarkən

Azər HƏSRƏT, [email protected] Adını ta uşaqkən eşidirdim. Bizim üçün əlçatmaz və böyük bir Şəxsiyyət idi. Böyüdükcə Onun şəxsiyyəti haqqında daha çox bilgimiz oldu. Onunla bağlı ilk təəssüf hissimi 1987-ci ildə, uzaq Almaniyada Sovet əsgəri olarkən keçirmişdim. Alay qərargahının qarşısında Sov.İKP MK üzvlərinin şəkilləri asılmışdı. Daimi olaraq ordaydı o şəkillər. Hər gün önündən keçərkən qürurla baxırdım. Onun şəkli də ordaydı. Bir Azərbaycanlı …

Read More »

Naxçıvanda intihar etdiyi deyilən baş nazirin sabiq bininci müavini “Azinforum”a danışdı – ÖZƏL

Naxçıvanda dekabrın 7-sində  intihar etməsi ilə bağlı xəbər yayılan Muxtar Respublikanın baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov Azinforum.az-a özəl açıqlama verib.  O, yaxınlarının və doğmalarının bu xəbərdən ciddi sarsıntı keçirdiklərini  bildirib: “Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında  həqiqəti əks etdirməyən  şayiələr yaysın. Hesab edirəm …

Read More »

Fransadakı iştişaşlardan həvəslənən Klıcdaroğlu Türkiyədə fəhlələri üsyana çağırdı

Ankarada insan haqları mövzusunda bir tədbirdə iştirak edən müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Klıcdaroğlu işçiləri üsyana çağırıb.  Avropa.info xəbər verir ki, Fransadakı iğtişaş və xaosdan həvəslənən Klıcdaroğlu işçilərə xitabən “meydanlara çıxın” çağırışı edib. “Bir dövlət mənim əmək haqqlarımı vermirsə, sosial dövlət olma anlayışından uzaqlaşmış deməkdir. Ən çox üsyan etməli olan həmkarlar ittifaqlarıdır. Bütün meydanların dolması lazımdır. İndi deyəcəklər ki, Kılıçdaroğlu …

Read More »

İşdən çıxarılan icra başçısına cinayət işi açıldı

İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirləri davam etdirir.   Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında …

Read More »

Naxçıvanda Baş nazirin sabiq müavinin intihar etməsi xəbəri yalan çıxdı – ÖZƏL

Bəzi elektron KİV-lər Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq  birinci müavini Asəf Məmmədovun  intihar etdiyi ilə bağlı xəbər yayıb. Həmin məlumatda bildirilir ki,  Asəf Məmmədov dekabrın 7 -də mənzilində  özünü asaraq həyatına son qoyub.  Azinforum.az Naxçıvandakı çox mötəbər mənbələrdən dəqiqləşdirib ki, yayılan xəbər həqiqəti əks etdirmir: “Naxçıvan  elə bir yerdi ki, burada kiminsə öldüyünü gizlətmək mümkün deyil. Ələxsus da tanınmış, uzun müddət …

Read More »