Bazar ertəsi , 3 İyun 2024
Drone Cameras

Naxçıvanda Baş nazirin sabiq müavinin intihar etməsi xəbəri yalan çıxdı – ÖZƏL

Bəzi elektron KİV-lər Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq  birinci müavini Asəf Məmmədovun  intihar etdiyi ilə bağlı xəbər yayıb. Həmin məlumatda bildirilir ki,  Asəf Məmmədov dekabrın 7 -də mənzilində  özünü asaraq həyatına son qoyub.  Azinforum.az Naxçıvandakı çox mötəbər mənbələrdən dəqiqləşdirib ki, yayılan xəbər həqiqəti əks etdirmir:

“Naxçıvan  elə bir yerdi ki, burada kiminsə öldüyünü gizlətmək mümkün deyil. Ələxsus da tanınmış, uzun müddət yüksək postda işləmiş bir adamın nəinki intihar etməsi, hətta dünyasını dəyişməsi ilə bağlı xəbər belə sadə əhali arasında sürətlə yayılır. Bu baxımdan da, bir müddət əvvəl işindən azad edilən məmur nəinki intihar edib, o,  heç dünyasını belə dəyişməyib və hal-hazırda yaşayır”.

Check Also

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir