Çərşənbə , 26 İyun 2024

Yearly Archives: 2018

Heydər Əliyevin Moskvada Yeltsindən sərt tələbi və Tetçerlə uzanan görüş – Müşaviri açıqladı

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günündə onunla birgə çalışan, Azərbaycanın keçmiş dövlət müşaviri Qabil Hüseynli xatirələrini Axar.az saytına danışıb. Heydər Əliyevin xarici səfərləri zamanı müşahidələrini danışan eks-müşavir Ümummilli liderlə 20-dən çox dövlətə səfərdə iştirak etdiyini bildirib: “Ümumiyyətlə, Heydər Əliyevin çoxlu xarici səfərləri olurdu. Bu səfərlərdə dövlət başçıları ilə çoxsaylı görüşlərin əsas ağırlıq mərkəzi Dağlıq Qarabağın üzərinə düşürdü. Dağlıq Qarabağ …

Read More »

Naxçıvanda Baş nazirin sabiq müavinin intihar etməsi xəbəri yalan çıxdı – ÖZƏL

Bəzi elektron KİV-lər Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq  birinci müavini Asəf Məmmədovun  intihar etdiyi ilə bağlı xəbər yayıb. Həmin məlumatda bildirilir ki,  Asəf Məmmədov dekabrın 7 -də mənzilində  özünü asaraq həyatına son qoyub.  Azinforum.az Naxçıvandakı çox mötəbər mənbələrdən dəqiqləşdirib ki, yayılan xəbər həqiqəti əks etdirmir: “Naxçıvan  elə bir yerdi ki, burada kiminsə öldüyünü gizlətmək mümkün deyil. Ələxsus da tanınmış, uzun müddət …

Read More »

Siqaretin qiyməti bahalaşır

2019-cu ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.   Avopa.info xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə siqaret paylanılmasının dayandırılacağı bildirilib.   Həmçinin yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.   Qeyd edək ki, bir neçə gün öncə “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun Milli Məclisdə müzakirə edilərək, …

Read More »

Əsgər Heydər Əliyev Mədət Quliyevlə birgə babasının məzarı önündə – Video

Prezident İlham Əliyevin oğlu əsgər Heydər Əliyev babası Heydər Əliyevin məzarını ziyarət edib.   O, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, habelə DTX-nın şəxsi heyəti, əsgər yoldaşları ilə birgə Fəxri Xiyabana gələrək Ümummili liderin anım günü ilə əlaqədar onun məzarı önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.   Boyukmillet.com Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi “Facebook” səhifəsinin paylaşdığı görüntüləri təqdim edir.

Read More »

Türkiyə Ermənistanla münasibətləri düzəldə bilər, amma BİR ŞƏRTLƏ – Açıqlama

Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.   Boyukmillet.com xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.   Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır:   …

Read More »

Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər – Qarabağda müharibə yaxınlaşır?

Paşinyan kursu dəyişmək üçün xalqdan mandat aldı: yeni parlamentdə konstitusion çoxluq qərbpərəstlərdə olacaq, erməni lider “iki stul”da otura bilməyəcək; Azərbaycanla böyük sülh, yoxsa müharibə ehtimalı artır? Politoloqlar deyirlər ki… Ermənistanda 9 dekabr parlament seçkilərində möcüzə baş vermədi. “Məxməri inqilab” nəticəsində 7 aydır hakimiyyətdə olan Nikol Paşinyanın “Mənim addımım” bloku, proqnozlaşdırıldığı kimi, seçkilərdən mütləq qalib kimi ayrıldı – 70.43%.  Bu, Ermənistanın …

Read More »

Bakıda şok: direktor arvadını 5-ci mərtəbədən atdı – Təfərrüat

Taxveli Adelya Azər qızının yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərən ölməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb. Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov məlumat verib. E.Sultanov bildirib ki, fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli …

Read More »

Bakı meri Atatürk parkındakı obyektləri sökdürür – Aralarında sabiq deputatın restoranı da var / Fotolar

  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.   BakuPost xəbər verir ki, İcra hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, hazırda aparılan söküntü işləri çərçivəsində park yenidən qurulacaq.   Bildirilib ki, ərazidə müəyyən sayda yeni və müasir obyektlər salınacaq. Bunlar əsasən istirahət guşələri, uşaqlar üçün əyləncəli oyun zalları, çayxanalardan ibarət …

Read More »

Heydər Əliyevin xatirəsi Qars şəhərində ehtiramla yad olundu

      Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü  ilə bağlı Türkiyənin Qars şəhərində anma tədbiri təşkil olunub. Heydər Əliyev adına Anadolu texniki-peşə liseyində təşkil olunan tədbirdə Qars vilayətinin valisi Türker Öksüz, Qars bələdiyyəsinin sədri Murtaza Karaçanta, Qars Qarnizon komandanı general-mayor Özgür Nohut, Qars daxili işlər idarəsinin rəisi Ümit Bitirik, Qars …

Read More »

İsa Yaşar Tezel MHP-nin İğdır bələdiyyə başqanlığına namizədi oldu

Azərbaycan Kültür Dərnəyinin başqan yardımıçısı, Türkiyədə Azərbaycanın haqları uğrunda yorulmaz mübariz İsa Yaşar Tezel Milliyətçi Hərəkat Parityasından İğdır şəhəri bələdiyyə başqanlığına namizəd göstərilib. Bunu hörmətli İsa Yaşar bəy öz facebook səhifəsində bu sözlərlə təsiqləyib: “31 mart bələdiyyə seçkilərində məni İğdır bələdiyyə başqan nəmizədliyinə layiq görən partiyam MHP-yə, başqanımız Devlet Bahçeliyə və dəstəkləri ilə məni yalnız buraxmayan bütün yerlilərimə təşəkkür edirəm.  31 …

Read More »