Cümə , 17 Aprel 2026
Drone Cameras

Şuşada gənclərlə bağlı beynəlxalq forum keçirilir

Şuşa şəhərində Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə “By Youth For Youth” adlı beynəlxalq forum başlayıb.

Boyukmillet.com xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ICESCO rəhbərliyi və katibliyi, müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və 55 ölkədən 160-dan çox gənc iştirak edir.

Forumun məqsədi İslam dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

İyunun 26-da isə Bakı şəhərində tədbirin panel müzakirələri, təqdimatlar və bağlanış mərasimi baş tutacaq.

Check Also

TƏCİLİ! Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək – RƏSMİ

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya …