Çərşənbə , 26 İyun 2024

Yearly Archives: 2018

Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə …

Read More »

VHP beynəlxalq foruma dəvət alıb

Vətəndaş Həmrəyliyi Partiyası Asiya Siyasi Partiyalarının Assambleyasının (ICAPP, International Conference of Asian Political Parties) 27-ci sessiyasına dəvət edilib. VHP mətbuat xidmətindən boyukmillet.com-a bildirilib ki, 24 oktyabr 2018-ci il tarixində Moskva şəhərində keçiriləcək sessiyada VHP rəhbərlik səviyyəsində təmsil olunacaq. Sessiya ərəfəsində Rusiyanın hakim partiyasının təşkilatçılığı ilə beynəlxalq forumun keçirilməsi də nəzərdə tutulur. Forumda “Ekstremizmlə mübarizədə partiyaların rolu” və “Partiyaların beynəlxalq səviyyədə …

Read More »

Türkiyə üzərindən İrəvana savaş mesajı: “Bizə bir ay da bəsdir…”

Ermənistanda son vaxtlar güclənən ikili xofun tək səbəbi; Bakı üçün yaxınlaşan “qızıl saat” – müharibənin tətiyi hər an çəkilə bilər; erməni müdafiə naziri: “Bakıdakı paradda göstərilən hərbi texnikadan narahatıq, onların necə əldə edilməsi bizi düşündürür…” Azərbaycan ordusunun ötən ay Naxçıvan istiqamətində reallaşdırdığı blits-uğuru Ermənistandakı yeni rəhbərlik heç cür həzm edə bilmir. İrəvanda artıq əminlik var ki, Rusiya Paşinyan hökumətinə inam …

Read More »

Ermənini öldürən azərbaycanlıya doqquz il cəza

Saxalində 31 yaşlı Azərbaycan vətəndaşına doqquz il həbs cəzası verilib.  Turkustan.info xəbər verir ki, azərbaycanlıya qarşı 51 yaşlı Ermənistan vətəndaşına diqqətsizlikdən sağlamlığına ciddi zərər yetirmə maddəsi ilə cinayət işi başlamışdı.  Kişilər arasında münaqişəyə səbəb isə regionun mərkəzində yaşayan qadın olub.  Cəsəd Saxalinin Novotroitsk kəndinin Yantar Anivsk küçəsində 15 nömrəli binanın həyətində tapılıb.  Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş 22 ildir ki, Cənubi …

Read More »

QHT fəaliyyətinin maraqlı məqamları – Fərasət Qurbanov yazır

Fərasət Qurbanov  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Vətəndaş cəmiyyətinin əsas institutlarından biri olan qeyri-hökumət təşkilatları ölkənin ictimai həyatında mühüm rola malikdirlər. QHT-lər ictimai həyatın ən fəal təbəqəsi olmaqla cəmiyyətdə mövcud olan problemlərə çevik reaksiya verir və onların həlli üçün ciddi səylər göstərirlər. Real QHT həyatı yaşayan, bu ictimai işin incəliklərinə dərindən bələd olan və ona …

Read More »

Beynəlxalq Böhran Qrupu: Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə etinasız yanaşır

Ermənistanın yeni rəhbərliyi 30 ildir davam edən Dağlıq Qarabağ probleminin həllinə etinasız yanaşır və bu münaqişənin nizama salınmasında rəsmi Yerevanın uzun illərdir davam edən mövqeyini qoruyub saxlayır. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun rəsmi saytında yerləşdirilmiş 2018-ci il üçün ikinci hesabatda Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizama salınmasına qeyri-konstruktiv mövqeyi tənqid edilir. Bildirilir ki, başı daxili …

Read More »

Azərbaycan hərbçiləri Belarusa gedib

“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın snayperlərdən ibarət komandası Belarusa yola düşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müsabiqə Belarus Respublikasının Brest şəhərində keçiriləcək.

Read More »

Ölkə daxilində sürət və sərnişin qatarlarında gediş haqqı artırılır

27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək. “Report” bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Belə ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş …

Read More »

Türkiyə prezidenti: “Suriyanın Menbiç bölgəsində yeni bir mərhələyə başlayırıq”

“Fərat qaxlanı” və “Zeytun budağı” əməliyyatı nəticəsində 4 min kv km-ə yaxın ərazini suriyalı qardaşlarımız üçün təhlükəsiz bölgəyə çevirmişik”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib. Dövlət başçısı vurğulayıb ki, Ankara terrorçuluğa qarşı mübarizəsini davam etdirəcək: “Bizim üçün kimin dediyi deyil, ölkəmizin nəyə ehtiyacı olması əhəmiyyətlidir. Təhlükəsizlik qüvvələrimizin bir …

Read More »

Çavuşoğlu: “Türkiyə İrana qarşı sanksiyalara qoşulmayacaq”

“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”. APA-nın Türkiyənin “Dünya” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Amerikadan heyət gəlmişdi. Biz onlara dedik ki, bu sanksiyaların tətbiqində iştirak etməyəcəyik. Biz rahat şərtlərlə neft alırıq. Sizin dediyinizi etməyəcəyik”, -deyə Çavuşoğlu qeyd edib. Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, İranın neft sektoruna qarşı …

Read More »