Şənbə , 29 İyun 2024

Yearly Archives: 2018

Sabahkı paradda 4000 nəfərədək şəxsi heyət, 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edəcək

Sabah – iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında hərbi parad keçiriləcək. Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edəcək. Təntənəli mərasimdə …

Read More »

Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib.    Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun xarici donordan asılılığınının minumuma endirilməsi …

Read More »

Prezident Zakir Həsənovu, şəhidimizi və bir qrup hərbi qulluqçunu ordenlə təltif etdi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Minval.info-nun məlumatına görə, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 1-ci dərəcəli “Rəşadət” ordeni ilə Həsənov Zakir Əsgər oğlu – general-polkovnik Sadıkov Nəcməddin Hüseyn …

Read More »

Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb. “Report” xəbər verir ki, bunu bazar ertəsi Yüksək Seçki Şurasının (YSŞ) rəhbəri Sədi Güvən deyib. “Nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur”, – deyə o bildirib. Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb. YSŞ sədrinin …

Read More »

Son dəqiqə : Türk ordusu Qəndilin girişinə çatdı , 35 km ərazi terrorçulardan təmizləndi – Foto

Şimali İraqda irəliləyişini davam etdirən Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının əsas bazası olan Qəndilin girişinə çatıb. Avropa.info xəbər verir ki, mayın 10-dan başlanan əməliyyat  çərçivəsində TSQ təxminən 35 kilometr ərazini terrordan azad edib. Alınan məlumatlara görə, irili-xırdalı bir çox kəndin olduğu bölgədə, terrorçularla kəndlilərlə iç-içə bir həyat yaşayırlar. Türk ordusu Bradost və Barazgir bölgələrini də terrorçulardan təmizləyib. Digər tərəfdən, TSQ …

Read More »

Səfirin oğlu həbs edildi

Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər. Bu barədə fontanka.ru portalı məlumat yayıb.Mənbəyə əsasən, iyunun 22-də Osmanov Vyanadan Minskə gəlib və burada onu “Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.İstintaqda olan məlumata görə, 27 yaşlı …

Read More »

Ermənistan ordusunda acınacaqlı durum – müdafiə nazirinin müavini ət konservi oğurlayırmış

Son günlər Ermənistanda baş verən bir sıra hadisələr işğalçı ölkənin ordusunda mövcud olan qanunsuzluqları, acınacaqlı vəziyyəti ortaya çıxarıb. İşğalçı ölkənin müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın həbs olunub və onun ordunu çapıb-talamasına dair faktlar aşkarlanıb. Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyindən, Azərbaycan üçün düşmən dövlət sayılır. Deməli, bu torpaqların işğalda saxlayan ordu da işğalçıdır. 2016-cı ilin aprel …

Read More »

“Hərbi balans Azərbaycanın xeyrinə dəyişib” – Müdafiə naziri

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ordumuzun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb. İnterpress.az xəbər verir ki, nazir bildirb ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və …

Read More »

Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edildi – RƏSMİ

Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb. Musavat.com-un məlumatına görə, birgə məlumatda bildirilir ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bu sahənin inkişafı sürətləndirilməklə, əkin dövriyyəsi genişləndirilmiş, daha çox əmək ehtiyatları …

Read More »

CHP-nin namizədi Məhərrəm İncənin polis məmurunu ağır söyüşlərlə təhqir edən şok səs yazısı yayıldı

CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin bir polis əməkdaşını ağır söyüşlərlə təhqir edən səs yazısı yayılıb. Avropa.info xəbər verir ki, Məhərrəm İncənin mühafizəçisi polis məmuru Xəlil adlı şəxs Türkiyə parlamentinin İstanbulun Beşiktaş rayonundakı qonaq evənə gedərək yer istəyib. Parlament polisi bunun üçün, Ankara polis mühafizə idarəsi ilə əlaqə saxlayacağını bildirir. İncənin mühafizəçisi olan polis isə məsələylə bağlı CHP-nin prezidentliyə namizədinə məlumat verir. …

Read More »