Bazar , 15 Noyabr 2026
Drone Cameras

Keçmiş məcburi köçkün: Prezidentin uzaqgörən siyasəti nəticəsində yurdumuza dönürük

“Ailəmlə çıxdığım yurduma tək oğlumla qayıdıram”.

Boyukmillet.com xəbər verir ki, bunu doğma yurduna qayıdan keçmiş məcburi köçkün Nəcibə Rəhimova deyib.

O qeyd edib ki, həmişə içində bir ümidlə yaşayıb ki, Laçın şəhəri işğaldan azad ediləcək:

“Laçın yolu yaşadığımız ərazidən keçdiyinə görə həmişə sıxıntı keçirirdik ki, öz doğma yurdumuza qayıda bilməyəcik. Amma ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün öz torpağımıza dönürük.

Bakıda 8-ci mikrorayonda köçkünlük həyatı yaşamışıq. Çox çətinliklər görmüşük, amma çox şükür ki, o günlər keçmişdə qaldı”.

Xatırladaq ki, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …