Bazar ertəsi , 9 Noyabr 2026

Daxili siyasət

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-u Azərbaycan …

Read More »

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd olunur. Boyukmjllet.com xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin …

Read More »

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib. Eyni zamanda Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının …

Read More »

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib.Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb.Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb. İclasda namizədlər də iştirak edirlər. Xanım namizədlər birbaşa, Ceyhun Qaracayev isə xaricdə olduğundan onlayn qoşulub.Qeyd …

Read More »

Xalq artisti Zaur Rzayev vəfat edib

Azərbaycanın Xalq artisti Zaur Rzayev vəfat edib.Boyukmillet.com xəbər verir ki, bu barədə onun oğlu Azər Rzayev məlumat yayıb.Bildirilib ki, Zaur Rzayev bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.Qeyd edək ki, Xalq artistinin oktyabrın 14-də vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib. Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında …

Read More »

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

ABŞ-nin İranla münaqişə çərçivəsində hərbi əməliyyatlara çəkdiyi xərclər 47 milyard dollara çatıb.Boyukmillet.com xəbər verir ki, bu barədə “The Hill” qəzeti ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Konqresə təqdim etdiyi hesablamalara istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, oktyabrın 16-na olan göstərici sentyabrın əvvəlində qeydə alınan 43,6 milyard dollarla müqayisədə 3 milyard dollardan çox artıb.Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı …

Read More »

Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət, eləcə də nüvə silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnamə qabardılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov bəyanatla çıxış edərək silahsızlanmanın BMT-nin yarandığı gündən etibarən təşkilatın əsas prioritetlərindən biri olaraq qaldığını vurğulayıb. …

Read More »

Azərbaycana köçürülən 57 milyon dolların mənbəyi bilindi

Gürcüstandan xarici ölkələrə pul köçürmələrinin həcmində Azərbaycan ilk yerdə qərarlaşıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 57 milyon dollar vəsait köçürülüb. Bu barədə Gürcüstan Milli Bankının açıqladığı statistikada bildirilib. Məlumata əsasən, Gürcüstandan xaricə pul köçürmələrinin ümumi həcmi 2026-cı ilin ilk doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb. Belə ki, hesabat dövründə xarici ölkələrə ümumilikdə 322,4 milyon …

Read More »

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir ki, bunlar aşağıdakılardır: 1. Əmək Məcəlləsində və “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 2. “Texniki tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 3. “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). …

Read More »