Bazar ertəsi , 5 Oktyabr 2026

Daxili siyasət

Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına …

Read More »

Prezident bu qurumun səlahiyyətlərini artırdı

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, İdarənin vəzifələri genişləndirilib. “Avtomobil nəqliyyatı haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək və müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını …

Read More »

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri”, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Lift Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri”, …

Read More »

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Mili Məclis kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair cərimələri, toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının da əhatə dairəsinin genişləndirilməsini və xaricdəki iqtisadi fəaliyyətə görə valyutanın ölkəyə qaytarılmaması haqda yeni cərimələri sonuncu oxunuşda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, insidentlərinə qarşı mübarizə …

Read More »

Parlament bu ölkə ilə əldə olunmuş razılaşmanı təsdiqlədi

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası Sahibə Qafarovanın sədrliyi iıə öz işinə başlayıb.Boyukmillet.com-un məlumatına görə, iclasda əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Səməd Seyidov məlumat verərək bildirib ki, bu layihə Azərbaycan və Sudan arasındakı münasibətləri …

Read More »

AZAL yeni “Airbus A321neo” təyyarəsi ilə ilk uçuşunu həyata keçirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni “Airbus A321neo” təyyarəsi ilə ilk uçuşunu uğurla həyata keçirib. Boyukmillet com bu barədə AZAL-a istinadən xəbər verir. Bildirilir ki, ilk reys Bodrum istiqamətində baş tutdu və bu münasibətlə sərnişinlərə xüsusi hədiyyələr, eləcə də ilk uçuşa həsr olunmuş xatirə sertifikatları təqdim olundu. “Müasir dizaynı və yüksək komfortu ilə seçilən “A321neo” daha rahat səyahət imkanı yaradır. Eyni …

Read More »

IV Şuşa Qlobal Media Forumu keçiriləcək

Bu il iyulun 13-14-də IV Şuşa Qlobal Media Forumu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Bildirilib ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan …

Read More »

Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb. Məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olmuşdur. Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və …

Read More »

Naxçıvanın yeni statusu erməniləri qorxuya saldı

İddia olunur ki, bu status yalnız Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi ilə müəyyən oluna bilər – hüquqşünasın şərhi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyeyenin Azərbaycana səfəri zamanı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantının inkişafı üçün 200 milyon avroya qədər qrant ayrılacağı barədə dedikləri Ermənistanın bəzi dairələrində dolaşıq rəylər yaradıb. Lyeyenin Naxçıvan üzərindən dəmir yolu əlaqəsinin açılmasından da bəhs …

Read More »

Enerji effektivliyi fondunun hesabına maliyyələşdiriləcək tədbirlər müəyyənləşir

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, müvafiq qanun layihəsi sözügedən qanunun 4-1-ci maddəsində nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqinin və saxlanılmasının, altsistemlərinin yaradılmasının, habelə Qanunun 18-ci maddəsində nəzərdə tutulan müvafiq sahədə informasiya təminatı və maairfləndirmə tədbirlərinin həyata keçirilməsinin, həmçinin fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının …

Read More »